Rayon haqqında
Mədəniyyət
Rayonda 1 memarlıq, 12 arxeoloji abidə var. Bunlar keçmiş Biləsuvar yaşayış məntəqəsi ərazisində "Şəhriyar qalası" memarlıq abidəsindən, həmçinin Bədilli kəndi ərazisində tunc dövrünə aid 7 Kurqan təpəsi, Təzəkənd kəndi ərazisində tunc dövrünə aid 2 Kurqan (qoşatəpə), dəmir dövrünə aid "Torpağay təpə", Dərvişli kəndi ərazisində dəmir dövrünə aid "Seyid altı təpə" kurqanı, Yuxarı Ağalı kəndi ərazisində "Ceyran təpə" kurqanı, Əmənkənd kəndi ərazisində tunc dövrünə aid "Şəhriyar təpə" kurqanı, Şəhriyar kəndində orta əsrlərə aid Ağ dam qalası, yenə həmin ərazidə orta əsrlərin əvvəllərinə aid "Çöl Ağ dam şəhərciyi" və "İçəri Ağ dam yaşayış ərazisində" arxeoloji abidələrindən ibarətdir.
Rayon mərkəzi Biləsuvar şəhərində və Xırmandalı kəndində 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olmuş əsgərlərin xatirə abidələri, həmçinin rayon mərkəzindəki H. Əliyev adına İdman və Sağlamlıq Kompleksi ərazisində Qarabağ döyüşlərində həlak olmuş şəhidlərə, 20 Yanvar şəhidlərinə Xatirə kompleksi, 2016-cı il aprel şəhidlərinin əziz xatirəsinə “Zəfərə aparan yol-Lələtəpə” abidə kompleksləri ucaldılmışdır.
Rayonda Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, Tarix Diyarşünaslıq Muzeyi, Biləsuvar rayon Dövlət Rəsm Qalareyası, Gənclər Evi fəaliyyət göstərir.
Biləsuvar rayonunun görkəmli şəxsiyyətlərinin siyahısı
1 | Azad Abışov | Nyu-York Elmlər Akad-nın həqiqi üzvü, Professor (Sankt-Peterburq şəhərində yaşayır) |
2 | İdris Ağayev | Tarix elmləri doktoru, professor |
3 | Ağayar Şükürov | Fəlsəfə elmləri doktoru, professor (mərhum) |
4 | Tərlan Fərəcov | Texnika elmləri doktoru, professor |
5 | İslam Mustafayev | Kimya elmləri doktoru, professor |
6 | Bəhlul Abdullayev | Filologiya elmləri doktoru, professor |
7 | Rzabala Fərəcov | Fizika-riyaziyyat elmləri doktoru, professor |
8 | Kamil Mənsimov | Fizika-riyaziyyat elmləri doktoru, professor |
9 | Müslüm Qurbanov | Fizika-riyaziyyat elmləri doktoru, professor |
10 | Səfər Kazımov | Texnika elmləri namizədi |
11 | Ariz Gözəlov | Fəlsəfə elmləri namizədi |
12 | Yadigar Türkel | Fəlsəfə elmləri doktoru, professor |
13 | Elbrus Sadıqov | Fəlsəfə elmləri namizədi |
14 | Mahmud Mahmudov | Filologiya elmləri namizədi |
15 | Cəlal Məmmədli | Filologiya elmləri namizədi |
16 | Əhmədağa Muğanlı (Qurbanov) | Yazıçı (mərhum) |
17 | Əlibala Hacızadə | Yazıçı (mərhum) |
18 | Zamin Mahmudov | Şair |
19 | Həsənova Qızqayıd Salman qızı | Sosialist Əməyi Qəhrəmanı (mərhum) |
20 | Məmmədov Ərəstun Surxay oğlu | Sosialist Əməyi Qəhrəmanı (mərhum) |
21 | Musayeva Sifayi Əbülfəz qızı | Sosialist Əməyi Qəhrəmanı (mərhum) |
22 | Hacıyev Yunsur Musaxan oğlu | Sosialist Əməyi Qəhrəmanı (mərhum) |
23 | Mirzəyev Hikmət İzzət oğlu | Vətən Müharibəsi Qəhrəmanı, General leytenant |
Biləsuvar rayonunda olan arxeoloji və memarlıq abidələri barədə
M Ə L U M A T
S/S | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan |
1. | Çöl Ağdam şəhrəciyi | İlk orta əsrlər | Biləsuvar şəhərinin qərbində |
2. | İçəri Ağdam yaşayış yeri | İlk orta əsrlər | Biləsuvar şəhərinin qərbində |
3. | Yedditəpə kurqanları 7 ədəd | Tunc dövrü | Bəydili kəndi |
4. | Qoşatəpə kurqanları | Tunc dövrü | Təzəkənd kəndi |
5. | Torağaytəpə kurqanları | Dəmir dövrü | Xırmandalı kəndinin yanında |
6. | Seidaltıtəpə kurqanı | Dəmir dövrü | Dövrüşlü kəndi |
7. | Ceyrantəpə kurqanı | Dəmir dövrü | Əmənkənd kəndi |
8. | Canavarçıxantəpə kurqanı | Tunc dövrü | Əmənkənd kəndi |
9. | Ağ dam qalası | Orta əsrlər | Biləsuvar şəhərindən 8 km cənubda |
10. | Şəhriyartəpə yaşayış yeri | Orta əsrlər | Nərimankənd kəndi |
Memarlıq Abidələri | |||
1. | Şəhriyar qalası | Orta əsrlər | Biləsuvar şəhərindən 9 km qərbdə |
2. | Ümummilli lider Heydər Əliyevin heykəli | 2013-cü il | Biləsuvar şəhər Heydər Əliyev parkı |
3. | Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış Ana abidəsi | 1974-cü il | Biləsuvar şəhər Sağlamlıq və İstirahət parkı |