Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

 

2024-cü ildə  Biləsuvar rayonunda İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı.

 

 

İlkin məlumatlara əsasən 2024-cü ildə rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 493586,1 min manatlıq və ya 2023-cü illə müqayisədə müqayisəli qiymətlərlə 7,1 faiz çox ümumi məhsul istehsal edilmişdir.

Ümumi məhsulun 40,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 25,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 21,9 faizi sənaye, 9,9 faizi tikinti, 1,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,4 faizi informasiya və rabitə sahələrinin payına düşmüşdür. Əhalinin hər nəfərinə düşən ümumi məhsul 4613,0 manat təşkil etmişdir.

 

ƏMƏK

Biləsuvar rayonun sosial-iqtisadi inkişafın əsas göstəricilərindən biri də əhalinin məşğulluğudur.2025-ci il yanvar ayının 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 54,3 min nəfər olmuş, onlardan 51,7 min nəfərini məşğul əhali təşkil etmişdir. Məşğul əhalinin 4,8 min nəfəri dövlət sektorunda, 46,9 min nəfəri isə qeyri-dövlət sektorunda çalışmışdır.

                                                                            

2024-cü il dekabr ayının 1-i vəziyyətinə rayonun iqtisadiyyatında muzdla çalışan siyahı tərkibində olan işçilərin sayı 9159 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 4947 nəfər, qeyri-dövlət sektorunda isə 4212 nəfər təşkil etmişdir. Muzdla işləyənlərin 27,2 faizi təhsil, 17,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,6 faizi emal sənayesi, 7,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 7,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 13,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

 

SƏNAYE

            2024-cü ildə mövcud olan 17 sənaye müəssisəsindən 15-i, seçməyə düşmüş 17 fərdi sahibkarlardan 13-ü fəaliyyət göstərmişdir. 2024-cü ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 108281,7 min manat təşkil etmiş və 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 6,7 faiz azalmışdır.

  2024-cü ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin 91,3 faizi emal sənayesinin, 7,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.                                                                           

          Rayon sənayesinin əsasını təşkil edən emal sənayesində məhsul istehsalının həcmi 98836,9 min manat olmuşdur. Emal sənayesində məhsul istehsalının həcminin 62,14 faizini qida məhsullarının istehsalı, 32,74 faizini toxuculuq sənayesi məhsulları istehsalı, 0,69 faizini geyim istehsalı, 0,34 faizini rezin və plastik kütlə məmulatlarının istehsalı, 0,22 faizini tikinti materiallarının istehsalı, 0,12 faizini hazır metal məmulatlarının istehsalı, 3,75 faizini mebellərin istehsalı, təşkil edir. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində malların istehsalı və xidmətlərin göstərilməsi 8283,1 min manat olmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə malların istehsalı və xidmətlərin göstərilməsi 1161,7 min manat olmuşdur. 2024-cü ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yüklənmiş malların və göstərilmiş xidmətlərin həcmi 122563,5 min manat olmuşdur. Bunun da 122422,8 min manatı və ya 99,9 faizi sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların öz istehsalı olan malların yüklənməsi və xidmətlərin göstərilməsi olmuşdur. 2025-ci il yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında yığılıb qalmış hazır məhsul qalığının həcmi 22037,6 min manat olmuşdur. Hazır məhsul qalığının hamısı ümumilikdə qeyri-dovlət sektorunun payına düşür. Bunun da 8980,0 min manatını qida məhsulları, 12942,6 min manatını toxuculuq sənayesi məhsulları, 115,0 min manatını mebel dəstləri təşkil edir.                                                                                                                                     

KƏND  TƏSƏRRÜFATI

  2024-cü ildə kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 200293,1 min manat təşkil etmişdir ki, onun da 70781,0 min manatı heyvandarlıq, 129512,1 min manatı isə bitkiçilik məhsullarının payına düşmüşdür. Bitkiçilik. 2024-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalı 52033,77 hektar, 2023-cü ildə isə 49514,72 hektar əkin sahəsindən toplanmışdır. 2024-cü ildə 2023-cü ilə nisbətən 5,09 faiz çox
əkin sahəsindən bitkiçilik məhsulları istehsal edilmişdir. 2024-cü ildə cəmi əkin sahəsinin 310,0 hektarı və ya 0,60 faizi dövlət kənd təsərrüfatı müəssisələrinin, 11249,90 hektarı və ya 21,62 faizi qeyri-dövlət kənd təsərrüfatı müəssisələrinin, 40473,87 hektarı və ya 77,78 faizi ailə kəndli və ev təsərrüfatlarının payına düşür.

    2024-cü ilin məhsulu üçün 2023-cü ilin payızında əkilmiş 34305,80 hektar payızlıq dənlilərin hamısı dən üçün əkilmişdir (o cümlədən 10024,50 hektar buğda, 24281,30 hektar arpa). Yaz əkini qurtaranadək əkilmiş buğda sahəsinin 321,20 hektarı, arpa sahəsinin 43,70 hektarı tamamilə məhv olmuşdur. Yaz əkininin axırınadək salamat qalmış 33936,50 hektar payızlıq dənlilərin 9698,90 hektarı buğda, 24237,60 hektarı arpa əkini sahəsi olmuşdur. 2024-cü ilin məhsulu üçün payızlıq dənlilərin 22,0 hektarı və ya 0,07 faizi dövlət, 7154.9,10 hektarı və ya 21,08 faizi qeyri-dövlət kənd təsərrüfatı müəssisələrinin, 26759,60 hektarı və ya 78,85 faizi ailə kəndli və ev təsərrüfatlarının payına düşür. Payızlıq buğda sahəsinin 2216,00 hektarı bərk buğdanın, 7482,90 hektarı yumşaq buğdanın əkin sahəsi olmuşdur. 2024-cü ildə 2023-cü illə müqayisədə 1507,20 hektar çox sahədə yazlıq bitkilər əkilmişdir. Yazlıq bitki növləri üzrə 2024-cü ildə 2023-cü illə müqayisədə 322,80 hektar sahədə və ya 63,70 hektar çox sahədə dən üçün qarğıdalı, 324,92 hektar sahədə və ya 310,92 hektar çox sahədə vələmir, əvvəlki ildə çəltik əkilmədiyi halda bu il 555,0 hektar sahədə çəltik, 149,40 hektar sahədə və ya 77,60 hektar az sahədə paxlalılar, 6915,78 hektar sahədə və ya 169,98 hektar çox sahədə pambıq, 445,00 hektar sahədə və ya 247,00 hektar çox sahədə şəkər çuğunduru, 129,80 hektar sahədə və ya 70,00 hektar çox sahədə dən üçün günəbaxan, 132,50 hektar sahədə və ya 0,10 hektar az sahədə kartof, 1434,50 hektar sahədə və ya 30,20 hektar çox sahədə tərəvəz, 88,40 hektar sahədə və ya 0,80
hektar çox sahədə bostan, 7597,97 hektar sahədə və ya 130,30 hektar çox sahədə çoxillik ot bitkiləri əkilmişdir. 2024-cü ildə əkin məhsulu yığılmış sahələrdən 108701,20 ton dənli və dənli paxlalılar (o
cümlədən 9382,0 ton təkrar əkindən), (o cümlədən 28572,2 ton buğda, 66960,0 ton arpa, 11505,7 ton dən üçün qarğıdalı (o cümlədən 9381,0 ton təkrar əkindən), 944,4 ton vələmr, 440,4 ton paxlalılar, 183,4 ton dən üçün günəbaxan, 2013,1 ton kartof, 49859,0 ton açıq və örtülü torpaqlardan tərəvəz (o cümlədən 9316,0 ton təkrar əkinlərdən və 146,6 ton örtülü torpaqlarda olan tərəvəz əkinlərindən), 1214,1 ton ərzaq üçün bostan bitkiləri (o cümlədən 13,6 ton təkrar əkindən), 19699,5 ton şəkər çuğunduru, 24730,19 ton pambıq, 81172,2 ton yem bitkiləri (o cümlədən 2451,6 ton təkrar əkindən), 9260,6 ton meyvə və giləmeyvələr, 1465,4 ton üzüm istehsal olunmuşdur. 2024-cü ildə məhsulu yığılmış sahələrdə bir hektardan orta məhsuldarlıq dənli və dənli paxlalılar üzrə 28,1 sentner (o cümlədən buğda üzrə 29,6 sentner, arpa üzrə 27,6 sentner, dən üçün qarğıdalı üzrə 65,8 sentner, vələmir üzrə 29,1 sentner, dənli paxlalılar üzrə 29,5 sentner), dən üçün günəbaxan üzrə 21,8 sentner, kartof üzrə 151,9 sentner, tərəvəz üzrə 340,6 sentner, bostan üzrə 135,8 sentner, şəkər çuğunduru üzrə 442,7 sentner, pambıq üzrə 35,8 sentner olmuşdur. 2024-cü ildə 2023-ci ilə nisbətən bir hektardan orta məhsuldarlıq göstəricisi dənli və dənli paxlalılar üzrə 1,4 sentner az (o cümlədən buğda üzrə 2,6 sentner, arpa üzrə 0,4 sentner, qarğıdalı üzrə 5,7 sentner az, dənli paxlalılar üzrə 18,2 sentner az), kartof üzrə 0,8 sentner, bostan üzrə 0,4 sentner, pambıq üzrə 8,3 sentner, tərəvəz üzrə 65,3 sentner çox, dən üçün günəbaxan üzrə 0,3 sentner az olmuşdur. Heyvandarlıq. 01 yanvar 2025-ci il tarixinə rayon üzrə bütün təsərrüfat kateqoriyalarında 39682 baş iribuynuzlu mal-qara, o cümlədən 19532 baş inək və camış, 141099 baş qoyun və keçi mövcud olmuşdur. 01 yanvar 2025-ci il tarixinə rayon üzrə mövcud olan iribuynuzlu mal-qaranın 38908 başı (98,0 %), o cümlədən inək və camışların 19417 başı (99,4 %), qoyun və keçilərin 136159 başı (96,5%) ailə kəndli və ev təsərrüfatlarında saxlanılır. 01 yanvar 2025-ci il tarixinə bütün təsərrüfat kateqoriyalarında 01 yanvar 2024-cü il tarixi ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 737 baş azalmış, o cümlədən inək və camışların sayı 23 baş, qoyun və keçilərin sayı 504 baş artmışdır. 2024-cü ildə bütün təsərrüfat kateqoriyalarında ət istehsalı 80678 sentner (diri çəkidə), süd istehsalı 275110 sentner, yumurta istehsalı 18710 min ədəd, yun istehsalı isə 3133 sentner olmuşdur.                                                                            

NƏQLİYYAT   VƏ   RABITƏ

      2024-cü ildə informasiya və rabitə müəssisələri 1780,0 min manatlıq xidmət göstərmişdir. 2023-cü illə müqayisədə rabitə xidmətlərinin dəyəri müqayisəli qiymətlərlə 47,6 faiz artmışdır.                              01 yanvar 2025-ci il tarixinə telefon aparatlarının sayı 8149 ədəd, o cümlədən 3181 ədəd şəhər yerində, 4968 ədəd kənd yerlərində olmuşdur. Bu telefon aparatlarının hamısı elektron sistemlidir. Ümumi tutum nömrə 9189, onlardan 3335 nömrə şəhər yerində, 5854 nömrə isə kənd yerlərindədir. Ümumi tutum nömrələrin də hamısı elektron sistemlidir. 2024-cü ildə iqtisadiyyatın əsas sahələrindən biri olan nəqliyyat sektorunda məhsul buraxılışı 6721,0 min manat olmuşdur ki, bunun da 2800,8 min manatı hüquqi şəxslərin, 3920,2 min manatı isə fiziki şəxslərin (670,0 min manatı yük daşınmasından, 3250,2 min manatı sərnişin daşınmasından) payına düşür. 2024-cü ildə nəqliyyat sektorunda məhsul buraxılışı 2023-cü illə müqayisədə müqayisəli qiymətlərlə 39,0 faiz artmışdır.                                                      

TİCARƏT   VƏ   ÖDƏNİŞLİ   XİDMƏTLƏR

  2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 398462,7 min manat olmuşdur ki, bu da 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 100,3 faiz təşkil etmişdir. 2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin 25917,2 min manatını və ya 6,5 faizini hüquqi şəxslərin, 372545,5 min manatını və ya 93,5 faizini fərdi sahibkarların pərakəndə ticarət dövriyyəsi təşkil etmişdir. 2024-cü ildə 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə hüquqi şəxslər üzrə 119,6 faiz, fərdi sahibkarlar üzrə isə 99,2 faiz təşkil etmişdir.  

2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin 279788,5 min manatını və ya 70,2 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 118674,2 min manatını və ya 29,8 faizini isə qeyri-ərzaq məhsullarının dövriyyəsi təşkil etmişdir. 

                                                                 
 

           

        

 

Keçidlər