Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

Biləsuvar Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli rayonu, şimal-qərbdən Saatlı və Sabirabad rayonu, şərqdən Salyan və Neftçala rayonu, cənubdan Cəlilabad rayonu, qərbdən isə İran İslam Republikası ilə həmsərhəddir. Biləsuvar rayonu-nun ərazisi Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli rayonu ilə 53 km, şimal-qərbdən Saatlı rayonu ilə 23 km, Sabirabad rayonu ilə 20 km, şərqdən Salyan rayonu ilə 23 km, Neftçala rayonu ilə 4 km, cənubdan Cəlilabad rayonu ilə 54 km, qərbdən isə İran İslam Republikası ilə 64 km məsafədə həmsərhəd olmaqla, ümumi sərhəd dairə-sinin uzunluğu 241 km-dir. Biləsuvar beynəl-xalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir. Rayonun ərazisi 1360 kv. kilometrdir. Tarixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun ərazisindən keçən indiki Bolqar çayı kimi tanınan Biləsuvar çayı bir neçə adla adlandırılmışdır. İran ərazisində bu çayı cürbəcür - Şənbəçay, Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. kimi adlandırmışlar. Amma rəsmi xəritələrdə bu çayın adı həmişə Bolqar çayı kimi göstərilir.
Relyefi
Rayon ərazisindən keçən Bolqarçay mənbəyini İran İslam Respublikasından götürməklə, mənsəbi Mahmudçalada bitir. Mənbəyinin Araz çayından götürən uzunluğu 101 km olan Əzizbəyov adına kanal rayon əhalisinin içməli suya olan təlabatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir. Rayonun qərb hissəsində şabaladı və açıq şabalıdı torpaqlar olmaqla, müəyyən hissəsi qeyri şorəkət və az miqdarda şorakət torpaqlardır.Bitki örtüyündə çöl formasiyası geniş yer tutur.Quru çöl bitkiləri (şahsöyüdü, yolğun və s.), kollar vardır.Rayonun çöl düzündə Mahmudçala ovalığı yerləşir.
Təbiəti
Rayon ərazisində ən çox rast gələn heyvan növləri canavar, tülkü, boz dovşan, çölsiçanı və çaqqal, quşlardan kəklik, qırqovul, göyərçin, su quşları və s. var. Əsasən şabalıdı və açıq şabalıdı torpaqlar geniş yayılmışdır. Müəyyən hissəsi az miqdarda şorakət torpaqlardır.
İqlimi
Rayonun iqlimi isti və quru iqlimdir. İyul ayında orta temperatur +35 °C olur. Qışı mülayim keçir. Yanvar ayının orta temperaturu +7 °C. Yağıntıların miqdarı ildə 220–275 mm təşkil edir.

Keçidlər