Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati icraat haqqında

İnzibati icraat haqqında

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq, Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olan, qanunla ərizəyə əlavə edilməli sənədlərin və ya məlumatların

SIYAHISI

 

Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması xidməti

 

Tələb olunan sənədlər:

 

  1. Şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir)
  2. Sağlamlıq haqqında arayış
  3. Qohumluq əlaqəsini təsdiq edən sənədlər
  4. Uşağın faktiki yaşayış yeri haqqında arayış

 

 

Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi xidməti

 

Tələb olunan sənədlər:

 

  1. Uşağın doğum haqqında şəhadətnaməsi;
  2. Nikah haqqında şəhadətnamə;
  3. Valideynlərin şəxsiyyət vəsiqələri (EHİS-dən elektron əldə edilir);
  4. Yaşayış yerindən arayış (uşağın adı qeyd edilməklə);

 

 

On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi xidməti

 

Tələb olunan sənədlər:

 

  1. Himayəçi təyin olunmaq istəyən şəxsin şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir);
  2. Himayəçi təyin olunmaq istəyən şəxsin yaşayış yeri barədə arayışı;
  3. Himayəçi təyin olunmaq istəyən şəxsin sağlamlığı barədə arayış;
  4. Himayəçi təyin olunmaq istəyən şəxsin iş yerindən arayış (əmək haqqı göstərilməklə) və xasiyyətnamə (işləyirsə)
  5. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə məhkəmənin qətnaməsinin surəti  
  6. Himayəyə götürülən şəxsin valideynlərinin valideynlik hüququndan məhrum edilməsi barədə qətnamənin surəti 
  7. Himayəyə götürülənin doğum haqqında şəhadətnaməsinin surəti
  8. Himayəyə götürülən şəxsin valideynlərinin ölüm haqqında şəhadətnamənin surəti 
  9. Üzərində himayəçi təyin olumalı şəxsin şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir);
  10. Üzərində himayəçi təyin olumalı şəxsin yaşayış yeri barədə arayış;

 

 

 

On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi xidməti

 

Tələb olunan sənədlər:

 

  1. Qəyyum təyin olumaq istəyən şəxsin şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir);
  2. Qəyyum təyin olumaq istəyən şəxsin yaşayış yeri barədə arayışı;
  3. Qəyyum təyin olumaq istəyən şəxsin sağlamlığı barədə arayış;
  4. Üzərində qəyyum təyin olumalı şəxsin fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmənin qətnaməsi;
  5. Üzərində qəyyum təyin olumalı şəxsin şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir);
  6. Üzərində qəyyum təyin olumalı şəxsin yaşayış yeri barədə arayış;

 

Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi xidməti

 

Tələb olunan sənədlər:

 

  1. Qəyyumun və ya himayəçinin şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir)
  2. Qəyyum və ya himayəçinin qəyyum və ya himayəçi təyin olunmasını təsdiq edən sənəd
  3. Qəyyum və ya himayədə olanın şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir)
  4. Qəyyum və ya himayədə olanın doğum haqqında şəhadətnamə
  5. Qəyyumluqda və ya himayədə olanın bütün əmlaklarının sənədləri

 

Tikintilərin Dövlət reyestrinə məlumatın təqdim edilməsi

 

Tələb olunan sənədlər:

 

  1. Şəxsiyyət vəsiqəsinin surəti (EHİS-dən elektron əldə edilir).
  2. Məlumatlandırma icraatı qaydasında tikintisinə rəy bildirilmiş fərdi yaşayış evinin layihəsi.
  3. Torpaq sahəsinin planı və ölçüsü.
  4. Torpaq sahəsi üzərində hüquqları müəyyənləşdirən sənədlər.

 

Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı xidməti

 

Tələb olunan sənədlər:

 

  1. Şəxsiyyət vəsiqəsinin surəti (EHİS-dən elektron əldə edilir).
  2. Fərdi yaşayış evinin memarlıq-planlaşdırma həlli layihəsi (layihə lisenziya əsasında fəaliyyət göstərən hüquqi və ya fiziki şəxs tərəfindən tərtib edilməlidir).
  3. Torpaq sahəsinin planı və ölçüsü.
  4. Torpaq sahəsi üzərində hüquqları müəyyənləşdirən sənədlər.

 

 

Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi xidməti

 

Tələb olunan sənədlər:

 

  1. Şəxsiyyəti təsdiq edən sənəd (EHİS-dən elektron əldə edilir)

 

Fiziki şəxsin üzərində patronaj təyin edilməsi xidməti

 

Tələb olunan sənədlər:

 

  1. Patronajda olmaq istəyən fiziki şəxsin şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir)
  2. Fiziki şəxsin sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmadığını təsdiq edən sənədlər
  3. Fiziki şəxsin öz üzərində təyin etmək istədiyi patronun şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir)
  4. Fiziki şəxsin öz üzərində təyin etmək istədiyi patronun sağlamlığı haqqında arayış

 

 

Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması xidməti

 

Tələb olunan sənədlər:

  1. Şəxsiyyət vəsiqəsinin surəti (EHİS-dən elektron əldə edilir).
  2. Yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan sahənin ilkin layihəsi və ya texniki pasportu.
  3. Yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan sahə üzərində hüquqları müəyyənləşdirən sənədlər

 

Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması xidməti

 

Tələb olunan sənədlər:

  1. Şəhid ailələri və əlilliyi olan şəxslər üçün:
    • İmtiyazlı (şəhid ailəsi, müharibə əlilləri, Çernobıl əlilləri, gözdən əlilər və internat məzunları) olması barədə müvafiq sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti; Ünvan: şəhid ailəsi-vəsiqənin surəti; əlillər-TSEK-nın rəyi;
    • Özünün (və ailə üzvlərinin) şəxsiyyə vəsiqəsinin (yetkinlik yaşına çatmayanların doğum haqqında şəhadətnaməsinin) notarial qaydada təsdiq olunmuş surəti;
    • Daimi qeydiyyatda olduğu ünvan (son 5 ili Bakı şəhərində daimi qeydiyyatı olan və hal-hazırki qeydiyyatı Yasamal rayonu olan) üzrə arayış-Forma 2 (Ailə üzvləri başqa ünvanda qeydiyyatdadırlarsa, onların yaşayış yerindən arayış);
    • Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti; (Əgər vətəndaş 18 yaşdan yuxarıdırsa, subaylıq haqqında arayış)
    • Özünün (və bütün ailə üzvlərinin) Azərbaycan Respublikası üzrə adına xüsusi mülkiyyətin olub-olmamasına dair arayış;
    • Qeydiyyatda olduğu evin Çıxarışının surəti.

 

  1. Ehtiyatda olan hərbi qulluqçular üçün:
    • Yasamal rayonu Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətindən arayış;
    • ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsindən ehtiyatda olan hərbi qulluqçu kimi təqaüd alması barədə arayış;
    • Özünün (və ailə üzvlərinin) şəxsiyyət vəsiqəsinin (yetkinlik yaşına çatmayanların doğum haqqında şəhadətnaməsinin) notarial qaydada təsdiq olunmuş surəti;
    • Daimi qeydiyyatda olduğu ünvan üzrə arayış-Forma 2 (Ailə üzvləri başqa ünvanda qeydiyyatdadırlarsa, onların yaşayış yerindən arayış);
    • Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti; (Əgər vətəndaş (və ya övladları) 18 yaşdan yuxarıdırsa, subaylıq haqqında arayış)
    • Özünün (və bütün ailə üzvlərinin) Azərbaycan Respublikası üzrə adına xüsusi mülkiyyətin olub-olmamasına dair arayış;
    • Kirayə Müqaviləsinin notarial qaydada təsdiq olunmuş surəti, mənzil sahibinin şəxsiyyət vəsiqəsinin surəti, çıxarışın surəti.

 

Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması xidməti

 

Tələb olunan sənədlər:

 

  1. Təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir);
  2. 2N-li forma arayışı;
  3. Qohumluq əlaqəsini təsdiq edən sənəd;
  4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış (öz ailə üzvlərinin hər birinin adına);

 

Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi xidməti

 

Tələb olunan sənədlər:

 

  1. Keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu)
  2. Keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər

 

Yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsi xidməti

 

Tələb olunan sənədlər:

 

  1. Forma 2;
  2. Orderin notarial qaydada təsdiqlənmiş surəti;
  3. Mənzildə paport qeydiyyatında olan 18 yaşdan yuxarı olan şəxslərin şəxsiyyət vəsiqələrinin, 18 yaşdan yuxarı olan şəxslərin doğum haqqında şəhadətnamələrinin surətləri;
  4. Ünvanda 18 yaşdan yuxarı pasport qeydiyyatında olan şəxslərin sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri.

 

Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına dair razılığın verilməsi xidməti

 

Tələb olunan sənədlər:

 

  1. Valideynlər haqqında məlumat (valideynlik hüququndan məhrum edilmə barədə qətnamə və s.)
  2. Yetkinlik yaşına çatmayanın doğum haqqında şəhadətnaməsi;
  3. Valideynlərin şəxsiyyət vəsiqələri (EHİS-dən elektron əldə edilir);
  4. Nikah haqqında şəhadətnamə;
  5. Yaşayış yerindən arayış;
  6. Satılan əmlakın sənədləri;

 

Keçidlər