Biləsuvar rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası yaradıldı.
“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanında nəzərdə tutulmuş tapşırıqların icrasını təmin etmək məqsədilə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2016-cı il tarixli 16 və 17 nömrəli sərəncamları ilə Biləsuvar rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası və Apellyasiya Şurasının Katibliyi yaradılmışdır. Sərəncamlar saytda yerləşdirilmişdir (/page/46.html), (/page/47.html).
Biləsuvar rayon İcra Hakimiyyətində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı yaradılmış Xüsusi qərargahın hər həftə keçirilən yığıncaqlarında iştirak edən sahibkarlara yaradılmış Apellyasiya Şurasının hüquq və vəzifələri, sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan problemlər, maneçiliklər və sair məsələlərlə bağlı müraciət etmək formaları izah edilmişdir.
Xüsusi qərargahın qaynar xətti: (295-02-11)