Şriftin ölçüsü :

Saytın rəngi :

S Ə R Ə N C A M

Biləsuvar rayon icra Hakimiyyətinin Apellyasiya Şurası

Katibliyinin yaradılması barədə

 

BILƏSUVAR  RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ

 

 S Ə R Ə N C A M I

 

       Azərbaycan Respublikası Prezidentinin 2016-cı il  3 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”sinin 4.4-cü maddəsinə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Rəhbərinin 06 fevral 2016-cı il tarixli 2 / 70 nömrəli məktubuna istinad edərək və Biləsuvar rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının sədrinin təqdimatını  nəzərə alaraq    q ə r a r a   a l i r a m:

 

1.    Biləsuvar rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının katibliyi aşağıdakı tərkibdə təsdiq olunsun:

 

-       Astanov Elşən Əvəz oğlu- Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının  Sənədlərlə  və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri – katibliyin rəhbəri

-       Kazımlı Vüsal Balaxan oğlu -Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi - üzv

-       Şükürlü Selvin Kərəm qızı - Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının  Sənədlərlə  və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi- üzv

 

2.    Tapşırılsın şuranın katibliyinə öz işlərini Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 03 fevral  tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının  Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”yə uyğun  qurulmasını təmin etsin.

 

 

 

Mahir Quliyev

       Biləsuvar rayon İcra

Hakimiyyətinin  başçısı    

10  fevral 2016-ci il                     

 

 

 

Keçidlər