Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tədbirləri barədə 2022-ci il üzrə illik hesabat

         “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may  tarixli 267-VQD nömrəli Qanunun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik  hüquqi şəxsin yaradılması haqqında”  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2016-cı il tarixli 1008 nömrəli Fərmanının 2.1.30, 2.1.34, 2.1.35-ci yarımbəndlərinə uyğun olaraq  24 iyun  2022-ci il tarixdə dövlət qulluqçularının iştirakı ilə  etik məsələlərlə bağlı təlimlər  və treninqlər təşkil olunmuş və müvafiq maarifləndirmə işləri  aparılmışdır. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.1 və 21.1-ci maddələrinə uyğun olaraq dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik  davranış qaydalarının uyğunluğuna nəzarət  edən və onun təhlilini aparan məsul şəxs tərəfindən mütəmadi olaraq qanunun 13, 14 və 15-ci maddələrində  təsbit olunmuş əsaslarla görülmüş tədbirlər, eyni zamanda etik qaydaların pozulması ilə əlaqədar daxil olan şikayətlərlə bağlı araşdırmalar aparılmışdır. Ötən müddət ərzində dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının  pozulması halları  öz təsdiqini tapmamışdır.

            Lakin Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsinə məsuliyyətsiz yanaşdıqlarına görə “Dövlət qulluğu haqqında”  Azərbaycan Respublikası Qanununun 25.2 maddəsinə əsasən 2022-ci ildə 2 nəfər dövlət qulluqçusuna Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Aşağı Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağırov Qalib Nadir oğluna Rayon İcra Hakimiyyəti başçısının 24 iyun 2022-ci il tarixli 158 nömrəli sərəncamı və Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Cəfərov Adil Vəkil oğluna Rayon İcra Hakimiyyəti başçısının 28 noyabr 2022-ci il tarixli 300 nömrəli sərəncamı ilə töhmət verilmişdir.

            Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Aşağı Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Bağırov Qalib Nadir oğlu verilmiş  intizam tənbehindən nəticə çıxarmadığına görə ərizəsi nəzərə alaraq RİH başçısının 01 iyul 2022-ci il tarixli 168 nömrəli sərəncamı ilə onun dövlət qulluğuna xitam verilmişdir. 

            Qeyd edirik ki, belə halların təkrarlanmaması və bu sahədə dövlət qulluqçularının daha da maarifləndirilməsi ilə bağlı onlayn qaydada mütəmadi olaraq tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur.

 

Keçidlər