Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Əliyev Amid İlhamoviç

​Vətən Müharibəsi şəhidi Əliyev Amid İlhamoviç -3 dekabr 1999-cu ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd tam orta məktəbində orta təhsilini almışdır.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Amid Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Amid Əliyev 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Çaylı kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Amid Əliyev  ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə","Füzulinin azad olunmasına görə”  və ""İgidliyə görə"" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra) 

Keçidlər