Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Məmmədzadə Kamran Füzuli oğlu

Vətən Müharibəsi şəhidi Məmmədzadə  Kamran Füzuli oğlu- 24 mart 1996-ci ildə  Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd tam orta məktəbində orta təhsilini almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Kamran Məmmədzadə  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş,  Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən 29 sentyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Kamran Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) 

Keçidlər