Vətən Müharibəsi şəhidi Hikmət Qəhrəman oğlu Bağırlı
Vətən Müharibəsi şəhidi Hikmət Qəhrəman oğlu Bağırlı- 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra cağrışla həqiqi hərbi xidmətə yollanmışdır.O, hərbi xidmətdə kəşfiyyat qurupunda xidmət etmişdir. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, qəhrəmancasına şəhid olmuşdur. Hikmət Bağırlı 30 sentyabr 2020-ci ildə doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Hikmət Bağırlı ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Təltifləri
• (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
• (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
• (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)