Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Elmar Şahin oğlu Mirzəyev

Vətən Müharibəsi şəhidi Elmar Şahin oğlu Mirzəyev - 1995-ci il mayın 1-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub  2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi alıb və 2016-cı ildən hərbi xidmətə başlayıb. Subay idi.
Azərbaycan Ordusunun baş leytenantı olan Elmar Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elmar Mirzəyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. 16 oktyabrda doğulduğu Ağalıkənd kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elmar Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (18.12.2020) — "İgidliyə görə" medalı (ölümündən sonra)
•  (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) 
•  (24.06.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) 
 

Keçidlər