Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Babayev Elməddin Cəfərqulu oğlu

Vətən Müharibəsi şəhidi Babayev Elməddin Cəfərqulu oğlu- 26 oktyabr 1981-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur.1988-1999-cu illərdə Çaylı kənd tam orta məktəbdə orta təhsil almışdır. 2000-ci ilin yanvar ayından 2001-ci ilin iyun ayına kimi Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.2007-ci il 22 dekabr tarixdən Goranboy rayonunun Qızılhacılı kəndində yerləşən N saylı hərbi hissədə gizir kimi hərbi xidmətə başlamışdır.
Elməddin Babayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş,  Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı düşmən hücumunun qarşısını alarkən 29 sentyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi, 3 övladı var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Elməddin Babayev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) 

Keçidlər