Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Məhəmməd İltizam oğlu Əmənov

Vətən Müharibəsi şəhidi Məhəmməd İltizam oğlu Əmənov - 18 yanvar 1996-cı ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub.  Kənd tam orta məktəbində orta  təhsil almışdır. əhəmməd hərbi xidmətini başa vurduqdan sonra yenidən orduya qayıdaraq gizir kimi xidmətini davam etdirməyə başlayır.
2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuş, düşmənə qarşı hücumda iştirak etmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində döyüşlərə Goranboy istiqamətində tank komandiri kimi qatılmışdır. Suqovuşanın alınmasında, Tərtər bölgəsində və Ağdərə istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Məhəmməd Əmənov 20 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Bağbanlar kənd məzarıstanlığında dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Məhəmməd İltizam oğlu Əmənov ölümündən sonra "Qarabağ" ordeni ilə, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları  ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!


Təltifləri
•  (09.12.2020) — "Qarabağ" ordeni (ölümündən sonra)
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)

Keçidlər