Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Məcidzadə Saleh Nəriman oğlu

Vətən müharibəsi şəhidi Məcidzadə Saleh Nəriman oğlu - 16 iyul 1994-cü ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olub. Saleh 2011-ci ildən universal idman növü ilə məşğul olmağa başlayıb. O, qatıldığı bütün idman yarışlarının qalibləri cərgəsində olub. Ordu idman növləri üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edib.
2015-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq Qusar rayonunda kəşfiyyat bölməsində xidmət edib. 2017-ci ildən xüsusi təyinatlı qüvvələrdə gizir kimi hərbi xidmətini davam etdirib.
O, 2016-cı il aprel döyüşlərində və Tovuzda düşmən diversiya qrupunun məhv edilməsində iştirak etdiyinə görə komandanlıq tərəfindən təltif edilib.
Saleh Məcidzadə  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən Vətən müharibəsinə qatılaraq bir çox döyüşlərdə qəhrəmanlıq göstərib.  O, 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin düşməndən azad olunması zamanı şəhid olub. 12 oktyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Nəsimi kəndində  dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları  ilə  Saleh Məcidzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə, "Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
•  (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)

Keçidlər