Şriftin ölçüsü :

Saytın rəngi :

S Ə R Ə N C A M

Biləsuvar rayonunda pambıqçılığın inkişafı, yaz-tarla işlərinə

hazırlıq,  vegetasiya dövründə görüləcək işlər və qarşıya qoyulan

vəzifələrin icrası ilə əlaqədar  tədbirlər planının təsdiq edilməsi barədə  

 

BILƏSUVAR  RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ

 

 S Ə R Ə N C A M I

 

       Azərbaycan Respublikası Prezidentinin  ümumrespublika müşavirəsindəki yekun nitqindən irəli gələn  kənd təsərrüfatının  inkişafı ilə bağlı  tapşırıqların təmin  edilməsi məqsədi ilə  Biləsuvar rayonunda pambıqçılığın inkişafı,  yaz-tarla işlərinə hazırlıq,  vegetasiya dövründə görüləcək  işlər və qarşıya qoyulan vəzifələrin icrası ilə  əlaqədar  q ə r a r a       a l ı r a m:

 

1.    Azərbaycan Respublikası Prezidentinin  ümumrespublika müşavirəsindəki yekun nitqindən irəli gələn  kənd təsərrüfatının  inkişafı ilə bağlı  tapşırıqların təmin  edilməsi məqsədi ilə  Biləsuvar rayonunda pambıqçılığın inkişafı,  yaz-tarla işlərinə hazırlıq, vegetasiya dövründə görüləcək işlər və qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar   tədbirlər planı təsdiq edilsin. (Əlavə olunur)

2.    Tədbirlər planının icrası ilə əlaqədar olaraq ayda iki dəfədən az olmayaraq  görülmüş işlər barədə məlumat verilsin.

3.    Sərəncamın   icrasına   nəzarət    rayon    İcra   Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinə   (R.Quliyev) tapşırılsın.

 

Mahir Quliyev

       Biləsuvar rayon İcra

Hakimiyyətinin  başçısı    

10  fevral 2016-ci il     

Biləsuvar rayon İcra Hakimiyyəti başçısının

                                          “10” fevral 2016-cı  il tarixli,  18  saylı

Sərəncamı  ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin  ümumrespublika müşavirəsindəki yekun nitqindən irəli gələn  kənd təsərrüfatının

 inkişafı ilə bağlı  tapşırıqların təmin  edilməsi məqsədi ilə  Biləsuvar rayonunda pambıqçılığın inkişafı, yaz-tarla işlərinə hazırlıq

və qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar

 

T Ə D B İ R L Ə R      P L A N I

 

S/S

Tədbirin adı

 

Icraçilar

İcra müddəti

Qeyd

1

Yazlıq əkinlər aparılacaq sahələrin müəyyən edilməsi və statistik uçotun aparılması

İnzibati ərazi dairəsi üzrə icra nümayəndələri 

Statistika idarəsi

01.02.2016

01.03.2016

 

2

Payızlıq taxıl əkini aparmış mülkiyyətçilərin siyahısını hazırlamaq və taxıl əkin sahələrinin suvarılmasının mütəşəkkiliyinin təmin edilməsindən ötrü  mülkiyyətçilərin cəlb edilməsinə kömək etmək

İnzibati ərazi dairəsi üzrə icra nümayəndələri 

Bələdiyyələr

Suvarma Sistemləri idarəsi

10.02.2016

30.03.2016

 

3

İnzibati ərazi dairəsi üzrə suvarma obyektlərində təmirə və yenidənqurma işlərinə ehtiyac olan məsələlərin yerində baxılıb öyrənilərək rayon İcra Hakimiyyətinə məlumat verilməsi

İnzibati ərazi dairəsi üzrə icra nümayəndələri 

Cənubi Muğan Kanal İstismar idarəsi

Suvarma Sistemləri idarəsi

05.02.2016

20.02.2016

 

4

Pambıq əkiləcək sahələrin ərazilərinin müəyyən edilməsi, suvarma təşkilatları ilə birgə suvarma təminatından ötrü tədbirlərin görülməsi

Rayon ərazisində fəlaiyyət göstən pambıqçılıq təşkilatları

Cənubi Muğan kanal İstismar idarəsi

Suvarma Sistemləri idarəsi

10.02.2016

01.03.2016

 

5

Pambıq əkiləcək sahələrdə aqrotexniki tədbirlərin, pambıq toxmlarının, gübrə və zəhərli-kimyəvi maddələrin, suvarma xidməti haqları və digər görülən işlərin qiymətləri barədə şəffaflığın təmin edilməsi məqsədi ilə rayon İcra Hakimiyyəti və mülkiyyətçilərə məlumatların verilməsi

Rayon ərazisində fəaliyyət göstən pambıqçılıq təşkilatları

Suvarma Sistemləri idarəsi

01.03.2016

 

6

Pambıqçılıqda tətbiq olunan gübrə və zəhərli-kimyəvi maddələrin keyfiyyətinə nəzarət olunması

“CTS-Aqro” MMC

“Biləsuvar-pambıq” ASC

“Aqrolizinq” ASC-nin Biləsuvar Aqrosevis  filialı

Müntəzəm

 

7

Pambığçılıqda istifadə olunan saz vəziyyətdə olan maşın, mexanizm, traktor və aqreqatların uçotunun aparılması 

Rayon İcra Hakimiyyəti

Rayon ərazisində fəaliyyət göstən pambıqçılıq təşkilatları

İnzibati ərazi dairəsi üzrə icra nümayəndələri

01.03.2016

 

8

Cənubi Muğan kanalı və maşın qolu kanalında, kanal üzərindəki yollar və hidrotexniki qurğularda, Cənubi Muğan Kanal İstismar idarəsinin balansında olan nasos stansiyada və yarımstansiyada suvarma mövsümünə hazırlıq işlərinin  tam başa çatdırılması

Cənubi Muğan kanal İstismar idarəsi

Biləsuvar Enerji Təchizatı və Satışı idarəsi

01.03.2016

 

9

Suvarma Sistemləri idarəsinin balansında olan bütün suqəbuledici və suötrücü və digər suvarma kanallarında, kanallar üzərində olan yollar və hidrotexniki qurğularda, bütün nasos stansiyalarda elektrik nasos stansiyalarını qidalandıran enerji qurğularında, alternativ su mənbələrində və idarəyə məxsus maşın, mexanizmlərdə suvarma mövsümünə hazırlıq işlərinin tam başa çatdırılması

Suvarma Sistemləri idarəsi

Biləsuvar Enerji Təchizatı və Satışı idarəsi

 

01.03.2016

 

10

Çətin suvarılan əkin sahələrinin müəyyən edilməsi və həmin sahələrin suvarma şəraitinin yaxşılaşdırılması məqsədi ilə əlavə tədbirlərin görülməsi

Suvarma Sistemləri idarəsi

20.03.2016

 

11

Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağından rayona  ayrılan suvarma suyunun əkinlərin təlabatına uyğun verilməsinin təmin edilməsi və bu işin  nəzarətdə saxlanılması

Cənubi Muğan Kanal  İstismar İdarəsi

Suvarma Sistemləri idarəsi

Müntəzəm

 

12

Yazlıq əkinlərin vegetasiya suvarmalarının təlabata uyğun vaxtında verilməsini təmin etmək və nəzarətdə saxlamaq

Suvarma Sistemləri idarəsi

Müntəzəm

 

13

Torpaqların melorativ vəziyyətinin yaxşılaşdırılması, şoranlaşmanın qarşısının alınması məqsədi ilə vacib olan ərazilərdə kollektor-drenaj şəbəkələrində lildən təmizləmə işlərinin həyata keçirilməsi

Mərkəzi Muğan Kollektorlar istismar idarəsi

Müntəzəm

 

 

 

Keçidlər