S Ə R Ə N C A M
Biləsuvar rayon İcra Hakimiyyətində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı xüsusi qərargahın yaradılması barədə
BILƏSUVAR RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ
S Ə R Ə N C A M I
Rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı rayon İcra hakimiyyəti sisteminə daxil olan, ərazinin sosial-iqtisadi inkişafına təsir edə bilən qurumların rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil olmaqla xüsusi qərargahın yaradılması və qaynar xətt xidmətinin təşkil olunması məqsədəmüvafiqdir.
Eyni zamanda rayonda ciddi təhlillər əsasında sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların davamlı qəbulu zamanı irəli sürülən fikirlər ətraflı öyrənililərək təkliflər hazırlanmalı, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir. Eləcə də görülən işlərlə bağlı məlumat bazası formalaşdırılaraq aidiyyəti üzrə işlər icra olunmalıdır.
Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq q ə r a r a a l ı r a m:
1. Rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların icrasını təmin etmək məqsədilə rayon İcra Hakimiyyətində aşağıdakı tərkibdə Xüsusi qərargah yaradılsın.
Qərargahın sədri:
Quliyev Mahir Hacı oğlu |
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı |
|
Qərargahın üzvləri:
|
||
Məmmədov Xanlar Bayram oğlu |
RİHB-nın birinci müavini |
|
Həsənov Elsevər Cəmil oğlu |
RİHB-nın müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri |
|
Qəmbərova Xəyalə Nazim qızı |
RİHB-nın müavini-Ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri |
|
Şahbazov Zakir Vəkil oğlu |
RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri |
|
Əzimov Yaşar Şahab oğlu |
RİHB-nın aparatının Memarlıq və tikinti şöbəsinin müdiri |
|
Quliyev Rəfael Cəbrayıl oğlu |
RİHB-nın aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini |
|
Abbasov İlqar Hümmət oğlu |
RİHB-nın aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi |
|
Təhməzov Eldar Azay oğlu |
Maliyyə idarəsinin rəisi |
|
Babayev Ədalət Rəşid oğlu |
Suvarma Sistemləri idarəsinin rəisi |
|
Mirzəyev Kamil Səfər oğlu |
Cənubi Muğan Kanal İstismar idarəsinin rəisi |
|
Qasımov Qasım Əlibala oğlu |
Kollektorların istifadəsi idarəsinin rəisi |
|
Məmmədov Məmmədəli İsmayıl oğlu |
“Azərişıq” ASC-nin Biləsuvar Enerji Təchizatı və Satışı idarəsinin rəisi |
|
Kərimov Miramil Mirismayıl oğlu |
Lənkəran Qİİ-nin Biləsuvar sahəsi üzrə müavini |
|
Səidov Sərxoş Əsəd oğlu |
Biləsuvar Sukanal idarəsinin rəisi |
|
Mehrəliyev İman Xudaverdi oğlu |
“Aqrolizinq” ASC-nin Biləsuvar Aqroservis filialının müdiri |
|
Dəniz Vural |
“Azərsun” kənd təsərrüfatı məhsulu istehsalat müəssisəsinin rəhbəri |
|
Əliyev Qulamhüseyn Əlihüseyn oğlu |
MKT-İmişli filialı Biləsuvar məntəqəsinin rəhbəri |
|
Muradov Vaqif Qafur oğlu |
“ÇTS-Aqro” MMC pambıqtəmizləmə zavodunun direktoru |
|
Ufuq Çetin |
“Biləsuvar Aqro” MMC-nin icraçı direktoru |
|
Quliyev Vidadi Zöhrab oğlu |
“Aqro Master” MMC-nin istehsalat şöbəsinin müdiri |
|
Salahov Samir Dursun oğlu |
MNK Narçılıq təsərrüfatının rəhbəri |
|
Bağırov Yusif Yunsur oğlu |
“Biləsuvar Süd” MMC-nin icrası direktoru |
|
Kazımov Yusif Xudaverdi oğlu |
“Muğan-Store”nin rəhbəri |
|
Əsədov Yaşar Saday oğlu |
“Uğur” marketin rəhbəri |
|
Əliyev Zahid Bayram oğlu |
Azərbaycan sahibkarlar özəl və elm müəssisələri işçilərinin Biləsuvar rayon həmkarlar ittifaqı komitəsinin sədri |
|
Quliyev Əlövsət Məmməd oğlu |
Əmlak Məsələləri Dövlət komitəsi 15 saylı ərazi şöbəsinin aparıcı məsləhətçisi |
|
Novruzov Hacıəli Hacıəmən oğlu |
Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti 8 saylı ərazi idarəsi Biləsuvar rayon şöbəsinin müdri |
|
Məmmədov Ramazan Cəfər oğlu |
Dövlət vergi müfəttişi |
|
2. Qərargahın fəaliyyətinin operativliyini təmin etmək məqsədilə (025)-29-5-02-11 nömrəli qaynar xətt xidməti təşkil edilsin.
3. Qərargah üzvləri tərəfindən görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə mütəmadi olaraq məlumatların qərargaha verilməsi təmin edilsin.
4. Qərargahın fəaliyyəti barədə məlumatların hər ayın 1-i və 15-də Azərbaycan Respublikası Prezidenti Administrasiyası Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin elektron ünvanına göndərilməsi təmin edilsin.
5. Sərəncamın icrasına nəzarəti öz üzərimə götürürəm.
Mahir Quliyev
Biləsuvar rayon İcra
Hakimiyyətinin başçısı
3 fevral 2016-ci il