Şriftin ölçüsü :

Saytın rəngi :

Görülən işlər

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatı tərəfindən
dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı
2021-cu ildə görülmüş işlər barədə  hesabat

        2021-cu il ərzində Biləsuvar rayonunda dövlət qulluqçularının və vəzifəli şəxslərin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”  Qanunun tələblərinə ciddi riayət etmələrinə xüsusi önəm verilmiş və çalışılmışdır ki, dövlət qulluqçuları  öz fəaliyyətlərini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qursunlar.
       Biləsuvar rayonu  ərazisində dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə, təşkilat və yerli icra hakimiyyəti orqanlarında  211 nəfər inzibati və yardımçı vəzifələrdə dövlət qulluqçusu işləyir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azətrbaycan Respublikasının 2016-cı il  31 may  tarixli 267-VQD nömrəli Qanunun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik  hüquqi şəxsin yaradılması haqqında”  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli  860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2016-cı il tarixli 1008 nömrəli Fərmanının 2.1.30, 2.1.34, 2.1.35-ci yarımbəndlərinə uyğun olaraq ötən il rayonda   dövlət qulluqçularının və  hüquq-mühafizə orqanları  rəhbərlərinin iştirakı ilə  etik məsələlərlə bağlı təlimlər  və treninqlər təşkil olunmuş və müvafiq maarifləndirmə işləri  aparılmışdır. Bundan əlavə hər  rübdə dövlət qulluqçularının işlədikləri idarə,  müəssisə və təşkilatlarda bu mövzuda seminar və treninqlər keçirilmişdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.1 və 21.1-ci maddələrinə uyğun olaraq dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik  davranış qaydalarının uyğunluğuna nəzarət  edən və onun təhlilini aparan məsul şəxs tərəfindən mütəmadi olaraq qanunun 13, 14 və 15-ci maddələrində  təsbit olunmuş əsaslarla görülmüş tədbirlər, eyni zamanda etik qaydaların pozulması ilə əlaqədar daxil olan şikayətlərlə bağlı araşdırmalar aparılmışdır. Araşdırma nəticəsində ötən müddət ərzində dövlət  qulluqçuları tərəfindən etik davranış qaydalarının  pozulması halları  öz təsdiqini tapmamışdır.
     Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsinə məsuliyyətsiz yanaşdığına görə “Dövlət qulluğu haqqında”  Azərbaycan Respublikası Qanununun 25.2 maddəsinə əsasən  3 nəfər dövlət qulluqçusuna  inzibati töhmət verilmişdir.
       Belə halların təkrarlanmaması və bu sahədə dövlət qulluqçularının daha da maarifləndirilməsi ilə bağlı mütəmadi olaraq tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər