Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

 ”Azərbaycan  Respublikası  Regionlarının  2019-2023-cü illərdə sosial- iqtisadi  inkişafı  Dövlət  Proqramı”nda  Bilsuvar rayonunun sosial-iqtisadı  inkişafı  üzrə nəzərdə tutulmuş tədbirlərin 2021-ci ilin 9 ayında icra vəziyyəti

 

7.3.11.1
Sənayenin inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi o cümlədən:
- Pambıq emalı zavodunun istehsal gücünün artırılması;
- Mebel istehsalı müəssisəsinin genişləndirilməsi.

Biləsuvar rayonunda 3 pambıq emalı müəssisəsi - illik istehsal gücü 25 min ton olan  “MKT İK” MMC, illik  istehsal  gücü 10 min ton olan “Azərpambıq” MMC və “P-Aqro” MMC fəaliyyət göstərir.
Biləsuvar rayonu Əsgərabad kənd ərazisindən “P-Aqro” MMC üçün pambıq emalı zavodunun tikintisi məqsədilə ayrılmış 6 ha torpaq sahəsində illik istehsal gücü 20 min ton olan zavod tikilərək istifadəyə verilmişdir.
2021-ci ildə “MKT İK” MMC tərəfindən 3400,0 ha, “Azərpambıq” MMC tərəfindən 3010,0 ha, “P-Aqro” MMC tərəfindən isə 2030,0 ha olmaqla  rayon üzrə 8440,0 ha pambıq əkini üçün müqavilə bağlanılmışdır.
Biləsuvar rayonunda “ASBELLAVOOD” MMC mebel istehsalı müəssisəsi fəaliyyət göstərir. 2021-ci ildə mebel istehsalı müəssisəsinin genişləndirilməsi işlərinə başlanılmamışdır.

7.3.11.2.
Kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafı

o cümlədən:
- 5000 ha və 4500 ha ərazilərdə taxılçılıq və pambıqçılıq üzrə aqroparkların yaradılması;
- 3363 ha ərazidə heyvandarlıq üzrə aqroparkın yaradılması;
- Əkinçilik təsərrüfatının yaradılması;
- Təzəkənd kəndində nar bağının 130 ha genişləndirilməsi;
- 251 ha yeni intensiv nar bağının salınması;
- 5 ədəd çəltik anbarının (silonun) tikintisi.

Hazırda Biləsuvar rayonunda 3 aqropark - 5000 ha ərazisi olan “Green Farms Azərbaycan” MMC, 4676 ha ərazisi olan “Aqropark Yaşıl Ada” MMC, 3363 ha ərazisi olan “RULEX” MMC fəaliyyət göstərir.
“Aqropark Yaşıl Ada” MMC tərəfindən 2021-ci ilin məhsulu üçün əkilmiş 437 ha buğda sahəsindən 1466.9 ton, 2495 ha arpa sahəsindən isə 4853.5 ton, 21 ha sarımsaq sahəsindən isə 60,83 ton məhsul yığılmış, 450 ha təkrar əkin olmaqla 750 ha dənlik, 200 ha isə silos üçün qarğıdalı və 229 ha pambıq əkilmişdir.
“Green Farms Azərbaycan” MMC tərəfindən 2021-ci ilin məhsulu üçün əkilmiş 640 ha buğda sahəsindən 403 ton, 654 ha arpa sahəsindən isə 339 ton məhsul yığılmış, 102 ha sahədə yonca, 246 ha sahədə isə pambıq əkilmişdir. Aqropark tərəfindən 9 km drenaj kanalı və 6 km su paylayıcı xətt çəkilmiş və işlər davam etdirilir.
Aqropark “RULEX” MMC 500 başlıq heyvandarlıq kompleksinin yaradılmasını planlaşdırmışdır. 2021-ci ilin məhsulu üçün əkilmiş 1250 ha buğda sahəsindən 1000 ton və 991 ha arpa sahəsindən isə 1300 ton məhsul yığılmışdır. 2021-ci ildə 2150 ha sahədə şum işləri aparılmışdır.
Təzəkənd kəndi ərazisində 120 ha nar bağı salınmış, ərazinin 130 ha genişləndirilməsi üçün tədbirlər görülür.
“Muğan Düyü” MMC tərəfindən 2020-ci ildə 220 ha ərazidə çəltik, 240 ha sahədə pambıq əkilmiş, lakin çəltik bitkisinin məhsuldarlığı olmadığından növbəti ildə əkilməsi planlaşdırılmamış və 5 ədəd çəltik anbarının tikintisi üçün torpaq sahəsi müəyyən edilsə də tikilməsinə başlanılmamışdır.  2021-ci ilin məhsulu üçün ötən ilin payızında əkilmiş 850 ha arpa sahəsindən 630 ton məhsul yığılmış, 33 ha sahədə isə yonca əkilmişdir.

7.3.11.3
Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi

Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2021-ci ildə “RULEX” MMC tərəfindən 500 hektar torpaq sahəsində çiləmə üsulu ilə istifadə olunan aqreqatlar quraşdırılmışdır. “MKT-İK” MMC tərəfindən 1 ədəd MTZ becərmə traktoru, “Aqropark Yaşıl Ada” tərəfindən 2 ədəd 1 tonluq və 2 ədəd 650 kq-lıq gübrəsəpən, 3 ədəd 1 tonluq dərman səpən, 5 ədəd qarğıdalı kultivatoru alınmış və 2 ədəd sendviç paneldən nasosxana tikilmiş, 550 ha sahənin suvarılması üçün 10 ədəd müasir pivot suvarma sistemi quraşdırılmışdır. “Green Farms Azərbaycan” MMC tərəfindən isə 1 ədəd 6 cərgəli səpin aqreqat, 1 ədəd 6 cərgəli kultivator, yonca rotorlu otbiçən, dırmıx, presbağlayan, 1 ədəd DT75 və 1 ədəd Belarus 80X traktoru alınmış, 80 tonluq avto tərəzi qurulmuşdur.

7.3.11.4
Yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davam etdirilməsi
o cümlədən:
- Biləsuvar-Bəhrəmtəpə (56 km)-Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun yenidən qurulması.

Prezidentinin 28.06.2019-cu il tarixli sərəncamı ilə Biləsuvar–Bəhrəmtəpə (56 km) Çaylı – Bağbanlar – Aranlı –Zəhmətabad avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsinin 5,6 milyon manatı ayrılmışdır. Yolun tikintisi başa çatdırılmışdır.
60 km uzunluğu olan Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda asfaltlaşdırma, yol çiyinlərinin və yol nişanlarının  quraşdırılması işləri başa çatdırılmışdır.
Bundan başqa 2021-ci ilin 9 ayı ərzində Ələt–Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində 373.0 min manatlıq, Biləsuvar-İran İslam Respublikası sərhəddi avtomobil yolunda isə 139.2 min manatlıq, Aşağı Cürəli-Amankənd yolunda 20.1 min manat olmaqla cəmi 532.3 min manat cari təmir işləri aparılmışdır.
Ötən müddət ərzində 960 ton asfalt istehsal olunmuşdur ki, bunun 617 tonu Ələt-Astara, 255 tonu İran İslam Respublikası ilə dövlət sərhəddi avtomobil yoluna, 88 tonu isə Aşağı Cürəli-Amankənd avtomobil yoluna sərf edilmişdir.
Cari ilin 9 ayı ərzində rayonun Mərkəzi parkında abadlıq və yenidənqurma işləri aparılmış və hal-hazırda abadlıq və  yenidənqurma işləri davam etdirilir.

7.3.11.5
Elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi o cümlədən:
- 5 ədəd (1 girişli) 10-6 kV-luq kompleks transformator məntəqəsinin tikintisi;
- 3 km uzunluğunda 35 kV-luq hava xətlərinin təmiri;
- 1,5 km uzunluğunda 10-6 kV-luq hava xətlərinin tikintisi;
- 6 km uzunluğunda 10-6 kV-luq hava xətlərinin təmiri;
7,2 km uzunluğunda 0,4 kV-luq ÖİN xətlərinin tikintisi.

2021-ci ilin 9 ayı ərzində elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə şəhər və kəndlərin elektrik təsərrüfatında bir sıra işlər görülmüşdür.
Rayon ərazisində istismarda olan 110/35/10 kV-luq “Biləsuvar”, 110/10 kV-luq “Əmən-kənd”,110/35/10/6 kV-luq Səmədabad, 35/10 kV-luq Arazbarı və 35/10  Muğan y/st-da elektrik qurğuları və avadanlıqları cari təmir olunmuşdur.
10kV-luq h/x-də 19 ədəd istismara yararsız olan ağac dayaq, metal və dəmir beton dayaqlarla əvəz edilmiş və 6.2 km h/x-ində tarımlanma işləri görülmüşdür.
16 ədəd 10 kV-luq əyri dayaqlar düzəldilib, 48 ədəd istismara yararsız olan qırıq izolyatorlar yeni ŞF-10 izolyatorla əvəz olunmuşdur.
Rayon ərazisində 0.4 kV-luq h/x-də 118 ədəd 0.4 kV-luq istismara yararsız ağac dayaq yeni dayaqlarla əvəz olunmuş, 7 km məsafədə tarımlanma işləri görülmüş, 39 ədəd əyilmiş dayaqlar düzəldilmiş, təmir zamanı 2500 metr A25 markalı naqildən istifadə olunmuşdur.
35 kV-luq h/x-də 1 ədəd 5 saylı Anker ağac dayaq dəmir konustruksiyalı dayaqla əvəz olundu, 130 ədəd 35 kV-luq PSD70 izolyatoru yenisi ilə əvəz olunaraq istismara buraxıldı.
Biləsuvar şəbəkə rayon ərazisində şəbəkəyə məxsus 10/0,4 kV-luq transformatorlarda 118 ədəd TM və KTM-də cari təmir işləri aparılmışdır. İstismara yararsız 14 ədəd 10/0.4 kV-luq transformator sökülərək təmirə göndərilmiş və təmirdən gətirilən 14 ədəd transformator onların yerinə quraşdırılmışdır.
8080155 in saylı TM-160 kVA transformatorun 0,4 kV-luq h/x-də şəhid ailəsinə 2x10-110 metr SİP kabel xətti çəkilmişdir.
Asan Xidmətlə əlaqədar 5697 metr 2x10 SİP kabel xətti çəkilmiş, 288 metr 4x16 SİP kabeldən istifadə olunmuşdur.
Biləsuvar rayonu ərazisində 2021-ci ilin 9 ayı ərzində 339 ədəd yeni elektrik sayğacı quraşdırılmışdır. Əhali üzrə 815 ədəd köhnə tipli elektrik sayğacı yenisi ilə əvəz olunmuşdur. Qeyri-əhali üzrə 77 ədəd köhnə tipli elektrik sayğacı yeni tipli elektrik sayğacı ilə əvəz olunmuşdur.

7.3.11.6.
Qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi
o cümlədən:
- Xırmandalı kəndi, yeni massivin qazlaşdırılması.

Xırmandalı kəndinin yeni yaşayış massivinin qazlaşdırılması işi başa çatdırılmışdır.
Rayonun  26 yaşayış məntəqəsi təbii qazla təmin edilmişdir. Yeni salınmış yaşayış məntəqələrində isə  təbii qazla təminat qismən aparılmışdır.
2021-ci ilin 9 ayı ərzində rayon ərazisində  təbii qazla təminatın yaxşılaşdırılması məqsədi ilə bir sıra işlər görülmüşdür. Rayon ərazisində Lənkəran RQİİ-nin Biləsuvar Xidmət Sahəsi tərəfindən 17962 nəfəri əhali, 239 nəfəri qeyri-əhali olmaqla, cəmi 18201 abonentə xidmət göstərilir.
Rayonun Aranlı, Zəhmətabad, Xırmandalı, Bəydili, Nərimankənd kəndlərində və şəhərin B.Abbasov küçəsində istismara yararsız hala düşmüş 40, 57, 76 və 108 mm-lik 96 metr uzunluğunda küçə qaz xətləri təmir olunmuşdur. Şəhər və kənd ərazilərində istismara yararsız 20 mm-lik 536 sayda sayğacların giriş kranları yenisi ilə əvəz edilmişdir. Xırmandalı kəndində isə 50 mm-lik 2 ədəd kran yenisi ilə əvəz edilmişdir.
Aşağı Cürəli, Bəydili, Zəhmətabad kəndlərində, şəhərin RTS adlanan ərazisi və Nizami küçəsində 6082 metr küçə qaz xətləri boya ilə boyanmış, Bəydili kəndində 1 ədəd 50 mm-lik siyirtmə (açıcı-bağlayıcı qurğu) quraşdırılmışdır.
2021-ci ilin 9 ayı ərzində şəhər və kənd ərazilərində 13 ədəd ŞQTM tipli qaz tənzimləyici şkaf quraşdırılmış, yeni quraşdırılmış 10 ədəd ŞTQM-lərin dayaqlarının dibləri betonlaşdırılmış, istismara yararsız 67 ədəd fərdi qaz tənzimləyici yenisi ilə əvəz edilmiş, 439 ədəd siyirtməyə və 135 ədəd qaz tənzimləyi şkaf cari təmir edilmiş, müxtəlif diametrli 258.1 metr qaz xətti yer səthinə çıxarılaraq yenidən çəkilmiş və 287 metr küçə qaz xətləri təmir olunaraq yenidən dayaq üzərinə qaldırılmışdır.
Xırmandalı kəndində müxtəlif diametrli 2733 metr olmaqla, ümumilikdə rayon üzrə 3083 metr küçə qaz xətti çəkilmiş, müxtəlif diametrli 453 metr uzunluqlu qaz xətləri isə daxili imkanlar hesabına yerləri dəyişdirilərək yenidən çəkilmiş, şəhərin 8 mart küçəsində müxtəlif diametrli 200 metr uzunluğunda qaz xətləri təmir olunmuş, yeni çəkilmiş 57 mm-lik 155 sayda küçə qaz xəttinin dayaqlarının dibi betonlaşdırılmış və 107 ədəd qaz sayğacı həyətlərdən küçələrə çıxarılmışdır.
Rayon ərazisində müxtəlif diyametrli 385 metr-lik istismarı dayandırılmış borular demontaj olunmuş, Xırmandalı kəndində torpaqla təmasda olan 108 mm diametrli 48 metr uzunluqda qaz xətti təmir olunaraq dayaqlar üzərinə qaldırılmışdır.
Qaz təchizatının təmzinlənməsi məqsədi ilə Xırmandalı QPS daxilində 3 ədəd 200 mm-lik qoruyucu-bağlayıcı klapan, 4 ədəd 200 mm-lik siyrtmə və 2 ədəd 150 mm-lik siyrtmə quraşdırılmışdır.
 

7.3.11.7
İçməli su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi

Tikintisinə  2012-ci ildə başlanılmış Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə  kanalizasiya işləri davam etdirilir.
Biləsuvar Sukanalı sahəsi tərəfindən 2021-ci ilin 9 ayı ərzində 1423127,0 m3 su qəbul edilmişdir ki, bundan 1307656 m3 Şirvan-Muğan su kəməri vasitəsi ilə, 115471 m3 Cənubi Muğan kanalından götürülmüşdür. Qəbul edilmiş sudan 848726 m3 istehlakçılara satılmış, 449933 m3 dəyəri ödənilməyən bulaqlar vasitəsi ilə kənd əhalisinə verilmişdir. Satılmış suyun 682521 m3-u əhali abonentlərinə, 166205 m3-u isə qeyri-əhali abonentlərinə verilmişdir.
Hazırda rayonun Xırmandalı kəndinə yeni bulaqların çəkilişi ilə bağlı işlər davam etdirilir.

7.3.11.8.
Telekommunikasiya və poçt xidmətlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi

Əhaliyə göstərilən rabitə və poçt xidmətinin  yaxşılaşdırılması ilə bağlı bir sıra işlər görülmüşdür.
Belə ki, 2021-ci ilin 9 ayı ərzində şəhər ərazisində 92 ədəd, kənd ərazisində 29 ədəd dirək dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Alınmış mal-materialların hesabına şəhərin 8 mart küçəsi, Azadlıq küçəsi, H.Əliyev küçəsi və digər küçələrdə təmir-bərpa işləri aparılmış və hazırda işlər davam etdirilir. H.Əliyev küçəsində 24 ədəd istismar dövrü başa çatmış nasaz dirək yeni dəmir dirəklə əvəz olunmuşdur.
2021-ci ilin 9 ayı ərzində 35 ədəd telefon çıxarılması olsa da, 216 ədəd yeni telefon çəkilişi, 334 ədəd internet çəkilişi, 30 ədəd ayrılmış xətt çəklişi aparılmışdır.
Biləsuvar poçt filialında 16 poçt şöbəsi, 6 poçt agentliyi fəaliyyət göstərir.
Zəhmətabad kəndində FO-8 kabeli 530 metr məsafəyə çəkilmişdir.
2021-ci il ərzində  poçt şöbəsi və agentliyi tərəfindən  əhaliyə maliyyə xidmətləri və bütün növ poçt xidmətləri, o cümlədən maniqram qəbulu, baratların ödənilməsi, teleqram, sifarişli məktub və banderollar, bağlamaların qəbulu kommunal xidmət haqlarının yığımı, telefon abunə və şəhərlərarası danışıq tarifi xidməti, faks xidməti və sair xidmətlər göstərilib.

7.3.11.9
Torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi
o cümlədən:
- Dərvişli kəndində subartezian quyularının qazılması;
- Rayonunun sərhəd ərazilərində suyığıcı kollektorun tikilməsi;
- Əzizbəyov kollektorunun yenidən qurulması.

2021-ci ilin 9 ayı ərzində torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Biləsuvar Suvarma Sistemləri İdarəsi tərəfindən 813,36 min.m3 kanal lildən təmizlənmişdir. Əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün kəndlər üzrə kanal çəkən mexanizm vasitəsi ilə 1212,94 km baş suvarma kanalı lildən təmmizlənmişdir.
2021-ci 9 ayı ərzində 211.3 milyon m3 su alınmış, su ayrıcından 144.4 milyon m3 su verilmişdir.
Cənubi Muğan kanalından su götürən R-1 təsərrüfatlararası suvarma kanalının başlanğıc hissəsində 250 m və Çinarlı kəndində həyətyanı sahələrə və pay torpaqlarına xidmət edən təsərrüfat daxili suvarma kanalının 150 m hissəsi beton üzlüklə örtülmüş və su istifadəçilərinin istifadəsinə verilmişdir. İdarə tərəfindən sahə, təsərrüfatdaxili və təsərrüfatlararası kanallar üzrə 17 ədəd suburaxıcı şlüz bərpa edilmiş və həmin kanallar üzərində olan hidrotexniki qurğuların dövrü olaraq təmir işləri görülmüşdür.
Eyni zamanda Cənubi Muğan Kanalı İstismarı idarəsi tərəfindən 2021-ci ilin 9 ayı ərzində 348.7 min m3 lildən təmizləmə və torpaq işləri həyata keçirilmişdir. Cari ilin ilk 9 ayı ərzində idarə tərəfindən 5 hidrotexniki qurğu, 1 mülki və istehsalat binası, 2.9 km beton üzlük cari təmir edilmiş, 4.5 min m3 əl ilə lildən təmizlənmiş,1.2 km uzunluqda boru kəmərləri təmir edilmiş, 7 km uzunluqda istismar yolları təmir edilmişdir.
Mərkəzi Muğan Kollektorlarının İstismarı idarəsi tərəfindən Biləsuvar rayonu ərazisində yerləşən kollektor dren şəbəkəsində idarənin öz gücü və kənar təşkilatların mexanizmlərinin köməyi ilə 2021-ci ilin 9 ayı ərzində 492310 m3  həcmində lildən təmizləmə işləri görülmüş, hazırda tərtib olunmuş qrafikə uyğun olaraq işlər davam etdirilir.
Dərvişli kəndində 2021-ci ildə 2 ədəd subartezian quyusu istifadəyə verilmişdir. Hazırda kənd ərazisində 5 ədəd subartezian quyusu istifadə edilir.
Eyni zamanda Təzəkənd kəndində “Azərsu” ASC tərəfindən subartezian quyusu qazılaraq istifadəyə verilsə də hazırda texniki səbəbdən  işləmir.
“Araz çayının Yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların  tikintisi” 12000 pm uzunluğunda kanalın qurğularla birlikdə tikintisi  tamamlanmışdır.
Biləsuvar rayonunun sərhəd ərazisində «Azərsun-Holdinq» şirkətinə məxsus 800 ha sahədə 28067,3pm kollektor-drenaj şəbəkəsinin (açıq suyığıcı, qapalı suyığıcı və qapalı ilkin drenlər) tikintisi başa çatmışdır.
2020-ci ildə Əzizbəyov adına kollektorun yenidənqurulması üzrə (Pk 00+Pk 567+80) 4087,29 min  kbm həcmində qazma və 805,47 min kbm kəsmə işləri aparılmış və  Biləsuvar rayonu üzrə suyığıcı drenlərin tikintisi 10900 pm yerinə yetirilmişdir.
İstismar-təmir tədbirləri hesabına 1298 min kbm həcmində suvarma və kollektor-drenaj şəbəkəsi lildən təmizlənmişdir, 46 ədəd hidrotexniki qurğu təmir edilmişdir.

7.3.11.10
Mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi

Azərbaycan Respublikası Prezidentinin 18.09.2018-ci il tarixli sərəncamı ilə Biləsuvar şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi 2019-cu ildə  başa çatdırılaraq istifadəyə verilmişdir.
Biləsuvar şəhərinin M.İbrahimov küçəsində abadlıq işlərinin aparılması başa çatmışdır.
2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayon ərazisində 12 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailələri üçün fərdi yaşayış evlərinin tikintisi davam etdirilir.

7.3.11.11
Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən işsiz, xüsusilə əmək qabiliyyətli ünvanlı sosial yardım alan, habelə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işinin davam etdirilməsi

Biləsuvar rayon ərazisində Dövlət Məşğulluq Agentliyinin 14 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən 2021-ci ilin 9  ayı ərzində Biləsuvar rayonu üzrə 167 nəfər özünüməşğulluq proqramına cəlb edilmiş, 400 nəfər isə işlə təmin edilmişdir.

7.3.11.12
Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi

Bəndin icrası ilə əlaqədar 2019-cu ildə işlərə başlanılmamışdır.

7.3.11.13
Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi

2019-ci ildə rayonun Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərə başlanılmamışdır

7.3.11.14
İdman-sağlamlıq müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi

2019-ci ildə ı ərzində rayonun idman –sağlamlıq müəssisələrində  əsaslı təmir və tikinti işlərinə başlanılmamışdır


7.3.11.15.
Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi
o cümlədən:
- Biləsuvar şəhərində 1176 şagird yerlik tam orta məktəbin tikintisi;
                         - K.Ağayev adına Biləsuvar Şəhər Texniki Fənlər Təmayüllü İnternat Tipli Məktəb Liseyinin bərpa-gücləndirmə və əsaslı təmiri;
- Bağbanlar kənd tam orta məktəbi üçün yeni binanın tikintisi;
- Nərimankənd kənd tam orta məktəbi üçün yeni binanın tikintisi;
- Nəsimi kənd tam orta məktəbi üçün yeni binanın tikintisi;
- Zəhmətabad kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisi;
- Bəydili kənd tam orta məktəbinin əsaslı təmiri;
- Səmədabad kənd tam orta məktəbinin əsaslı təmiri;
- Dəvrişli kənd tam orta məktəbinin əsaslı təmiri.

2019-cu ildə Biləsuvar şəhərində 1176 şagird yerlik 1 nömrəli tam orta məktəbin binasının işləri başa çatdırılmış və istifadəyə verilmişdir.
2019-cu ildə rayonun Muğan kəndində  80 yerlik “Modul” tipli məktəb binası tikilib istifadəyə verilmişdir.
Cari ildə Biləsuvar şəhəri M.A.İbrahimov küçəsi 108 ünvanında yerləşən K.Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin  yenidən qurulması işləri davam etdirilmişdir.

 

Keçidlər