Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Xəlilzadə Əmrah İnqilab oğlu

Vətən Müharibəsi şəhidi Xəlilzadə Əmrah İnqilab oğlu -1 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Şəhər 6 saylı tam orta məktəbində orta təhsilini almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq  hərbi xidmət qulluqçusu Əmrah Xəlilzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Əmrah Xəlilzadə 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Əmrah Xəlilzadə ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü"   medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri

•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
• (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)

 

Keçidlər