Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Allahverdiyev Elnur Kamil oğlu

Vətən Müharibəsi şəhidi  Allahverdiyev Elnur Kamil oğlu - 12 iyul 2001-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin 4 oktyabr tarixdən Beyləqanda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamış, sonra Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətinə davam etmişdir.
Elnur Allahverdiyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən Müharibəsində iştirak etmiş, 9 noyabr 2020-ci il tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Elnur Allahverdiyev 10 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Çaylı kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elnur Allahverdiyev ölümündən sonra "Vətən uğrunda",  "Qubadlının azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və"İgidliyə görə"  medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri

•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra)

 

Keçidlər