Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Sübhan Arif oğlu Əbilzadə

Vətən Müharibəsi şəhidi  Sübhan Arif oğlu Əbilzadə - 23 aprel 1998-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Nərimankənd kənd tam orta məktəbində orta təhsilini almışdır. 2018-ci ilin noyabr ayından xidmətini Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu  kimi davam etdirmişdir.
Sübhan Əbilzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Sübhan Əbilzadə 7 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nərimankənd kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Sübhan Əbilzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və  "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!


Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) 

 

Keçidlər