Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Nuri Xəyal Şakir oğlu

Vətən Müharibəsi şəhidi Nuri Xəyal Şakir oğlu - 1997-ci il fevralın 12-də Biləsuvar rayonunun Ağayrı kəndində anadan olmuşdu. Vüqar Rüstəmov adına tam orta məktəbdə təhsil almışdı. 2015-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdu. Aprel döyüşlərinin iştirakçısı idi. 2017-ci ildən "N" hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Xəyal Nuri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Xəyal Nuri 4 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Ağayrı kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Xəyal Nuri ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" və  "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) 

Keçidlər