Biləsuvar rayonunun ərazisi 1358 kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 77 nəfər təşkil edir. İlin əvvəlindən rayon əhalisinin sayı 1306 nəfər və ya 1,3 faiz artaraq 2020-ci il yanvar ayının 1-i vəziyyətinə 105,1 min nəfərə çatmışdır. Əhalinin ümumi sayından 22,1 faizini şəhər (23,2 min nəfər), 77,9 faizini isə kənd sakinləri (81,9 min nəfər) təşkil edir. Əhalinin 50,4 faizi (53,0 min nəfər) kişilər, 49,6 faizi (52,1 min nəfər) qadınlardan ibarətdir. Əhalinin 26,9 faizi 0-14 yaşda (28,3 min nəfər), 68,1 faizi 15-64 yaşda (71,6 min nəfər), 5,0 faizi (5,2 min nəfər) 65 və yuxarı yaşda olanlardır. Əhalinin 25,9 faizini (27,2 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənc nəslin nümayəndələri təşkil edir.
2019-cu ildə Biləsuvar rayonunda 1724 körpə doğulmuş, əhalinin hər min nəfərinə hesabı ilə bu göstərici 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 17,5-dən 16,5-ə qədər azalmışdır.
2019-cu ildə Biləsuvar rayonunda 496 ölüm halı qeydə alınmış, əhalinin hər min nəfərinə hesabı ilə ölümlərin sayı 2018-ci illə müqayisədə 4,8-dən 4,7-yə qədər aşağı düşmüşdür.
2019-cu ildə rəsmi orqanlar tərəfindən rayonda 715 nikah bağlanmış və 99 boşanma faktı qeydə alınmışdır. Əhalinin hər min nəfərinə hesabı ilə 2018-ci ilə nisbətən nikahların sayı 6,3-dən 6,8-ə qədər, boşanma faktlarının sayı isə 0,8-dən 0,9-a qədər, yəni 12,5 faiz artmışdır.
2019-cu ildə 126 nəfər rayon ərazisinə daimi yaşamaq üçün gəlmiş, 48 nəfər isə qeydiyyatdan çıxıb getmişdir. Rayon üzrə miqrasiyanın saldosu müsbət 78 nəfər olmuşdur.
Yaşayış məntəqələrinin sayı – 26 (1 şəhər və 25 kənd).
Rayonun ərazisində yerləşən kəndlər aşağıdakı kimidir:
Xırmandalı, Bəydili, Əliabad, Zəhmədabad, Bağbanlar, Çinarlı, Aranlı, İsmətli, Günəşli, Ağayri, Çaylı, Nəsimikənd, Nərimankənd, Səmədabad, Arazbarı, Aşağı Cürəli, Dəvrişli, Əsgərabad, Ovçubərə, Yuxarı Ağalı, Muğankənd, Amankənd, Təzəkənd, Ağalıkənd, Yuxarı Cürəli
Iqtisadi rayon - Aran (iqtisadi rayonu).
Nəqliyyat vasitəsinin kodu - 12.
Telefon kodu - 2529.
Poçt kodu (Mərkəzi PŞ) - AZ 1300.