Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Teymurzadə Nahid Üzeyir oğlu

Vətən Müharibəsi şəhidi  Teymurzadə Nahid Üzeyir oğlu - 23 iyun 1997-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə İsmətli kənd tam orta məktəbdə orta təhsil almışdır.
2015-ci ilin oktyabr ayından 2017-ci ilin aprel ayına kimi Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
Nahid Teymurzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə könüllü şəkildə qoşulmuş, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Nahid Teymurzadə 22 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Nahid Teymurzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) 
•  (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

 

Keçidlər