Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Sadıqov Surac Ədalət oğlu

Vətən Müharibəsi şəhidi  Sadıqov Surac Ədalət oğlu - 15 iyul 2001-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Orta təhsilini Ağalıkənd kənd tam orta məktəbində almışdır.Surac Sadıqov həqiqi hərbi xidmətini yerinə yetirərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.Şəhid Surac Sadıqov 11 oktyabr 2020-ci il tarixində doğulduğu Biləsuvar rayonu Ağalıkənd kənd qəbristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə  Surac Sadıqova ölümündən sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü"  və "Suqovuşanın azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) 
•  (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) 

Keçidlər