Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Sarıyev Vüqar Fikrət oğlu

Vətən Müharibəsi şəhidi Sarıyev Vüqar Fikrət oğlu - 26 noyabr 1990-ci ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. Amankənd kənd tam orta məktəbini bitirdikdən sonra peşə təhsili almışdır. Ailəli idi, 2 oğlu və 1 qızı yadigar qaldı.
Vüqar Sarıyev həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə müddətdən artıq hərbi qulluqçu olaraq Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə, bir müddətdən sonra isə Murovdağ yüksəkliyində Vətənə xidmət edib.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə qatılaraq Murovdağ, Talış kəndi, Cəbrayıl, Füzuli və Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.Şəhid Vüqar Sarıyev 10 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Amankənd kənd qəbristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Vüqar Sarıyev ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) 
•  (2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra) 

Keçidlər