Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Bayramov Elmin Elməddin oğlu

Vətən Müharibəsi şəhidi Bayramov Elmin Elməddin oğlu - 21 iyul 2002-ci ildə  Biləsuvar  rayonunun  Əsgərabad kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Əsgərabad kənd tam orta məktəbində orta təhsil alıb.
2020-ci ilin iyul ayından Ağcabədi rayonunda yerləşən N-saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır.Elmin Bayramov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Elmin Bayramov doğulduğu Biləsuvar rayonu Əsgərabad kənd qəbristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Elmin Bayramov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) 

 

Keçidlər