Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Bayramov Osman Zeyqəm oğlu

Vətən Müharibəsi şəhidi Bayramov Osman Zeyqəm oğlu -13 fevral 1987-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Ailəli idi, iki qız övladı var.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Osman Bayramov 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində iştirak etmiş və Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, doğulduğu Ağalıkənd  kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Osman Bayramov ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə" və “İgidliyə görə”  medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra) 

Keçidlər