Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Hüseynli Fariz Dadaş oğlu

Vətən Müharibəsi şəhidi Hüseynli Fariz Dadaş oğlu - 10 noyabr 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Əsgərabad kənd tam orta məktəbində orta təhsilini almışdır.Ailəli idi, 2 övladı var.
Fariz Hüseynli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Tərtər rayonu Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.Şəhid Fariz Hüseynli 4 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əsgərabad kənd məzarıstanlığında dəfn olunmuşdur.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Fariz Hüseynli ölümündən sonra "Vətən uğrunda" və  "Laçının azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)

 

Keçidlər