Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon Ağsaqqallar Şürası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günündə qəhrəmanın ailəsini ziyarət etdilər.

18 iyun 2021 | 16:00

18 iyun  2021-ci il tarixdə  Biləsuvar  rayon Ağsaqqallar Şurasının üzvləri  Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  anım günündə qəhrəmanın ailəsini ziyarət etdilər.
Ziyarət zamanı rayon Ağsaqqallar Şurasının sədri Əli Babayev çıxış edərək bildirdi ki, xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov da xalqımızın şanlı tarixində iz qoyan igidlərimizdəndir.Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. 18 iyun 2010-cu il tarixində  Mübariz İbrahimovun təkbaşına iki ordu arasındakı  minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv etməsi, düşməni çaş-baş salır. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında döyüşdə qəhrəmancasına həlak olur.
O, Vətəni qorumağı, şəhid olmağı bir övlad kimi şərəf borcu sayırdı.Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir.
Ə.Babayev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  Sərəncamı ilə  Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə  "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülməsi respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət olaraq qarşılandı. Bu gün hər bir  azərbaycanlı  Mübariz qəhrəmanlığından  örnək alır, nümunə götürür.
Tədbirdə çıxış edən ağsaqqallar  Mübariz ibrahimovun keçdiyi həyat və döyüş yolunun gənclər üçün örnək olduğu bildirərək, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində bundan sonra da böyük rol oynayacağını diqqətə çatdırıblar.

Keçidlər