Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətov Biləsuvarlı məzunları “Son Zəng” Günü münasibətilə təbrik edib.

14 iyun 2021 | 16:00

   Əziz məzunlar !
  Ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” münasibətilə  sizi,  müəllimlərinizi və valideynlərinizi səmimi-qəlbdən təbrik edir, gələcək həyat yollarınızda  böyük uğurlar arzulayıram.
      Bu il rayonumuzun ümumtəhsil məktəblərini 784 nəfər məzun bitirərək müstəqil həyata qədəm qoyur. Qarşıda Sizi ali və orta ixtisas məktəblərində, peşə liseylərində təhsil illəri, qaynar əmək həyatı gözləyir. İnanıram ki,  Siz bundan sonrakı fəaliyyətinizlə də valideynlərinizi və müəllimlərinizi ürəkdən sevindirərək, cəmiyyətimizə  layiq vətəndaşlar olacaqsınız. Daim Sizin xoş soraqlarınızı eşitmək hər birimizin ən böyük arzusudur.
      Hansı sahədə çalışmağınızdan asılı olmayaraq Sizin hər biriniz doğma ölkəmizin tərəqqisinə öz töhfələrinizi verməli, vətənimizə layiqli övladlar olmalısınız. Hər yerdə nümunəvi fəaliyyətinizlə vətənimizin və rayonumuzun adını yüksəltməli, şərəfini uca tutmalısınız.
      Unutmayın ki, Siz gənclər sabahın layiqli qurucularısınız. Vətənimiz hər sahədə Sizə arxalanır.
      Bir daha “Son Zəng” Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, gələcək həyat yollarında Sizə yeni nailiyyətlər arzulayıram. Qoy məktəb illərinin “Son Zəng” i  gələcək və xoşbəxt həyatınızın müjdəsi olsun.

Keçidlər