Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Biləsuvardan olan şəhid övladları Şəki şəhəri Marxal İstirahət Mərkəzində olublar.

01 iyun 2021 | 16:00

01 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Biləsuvardan olan şəhid övladları Şəki şəhəri Marxal İstirahət Mərkəzində olublar.
“Əsgərə xatirə” layihəsi çərçivəsində Şəki şəhərində “İgid yadigarları” Xarıbülbül adlı festival keçirilib. Festivalda da millət vəkilləri, ictimaiyyət nümayəndələri və bir sıra qonaqlar iştirak edib.
Layihə rəhbəri Nuranə Şıxaliyeva tədbir barəsində qonaqlara ətraflı məlumat verib. Bildirib ki, layihə çərçivəsində Oğuz, Zaqatala, Balakən, İsmayıllı, Şamaxı və Biləsuvarda da tədbirlər keçirilib, 50-yə yaxın qazi və şəhid ailələri və onların övladları üçün çoxsaylı sovqatlar paylanılıb. Şəkidə təşkil olunan festival da bu tədbirlərin davamıdır.
Tədbirdə 8 rayon üzrə 100-ə yaxın şəhid övladları iştirak edib. Biləsuvardan Vətən müharibəsi şəhidlərinin övladları da festivalda iştirak ediblər.
Festival bədii hissə ilə davam etdirilib. Bədii hissədə Beynəlxalq Muğam Festivalının və “Avans” müsabiqəsi Qrab prisinin qalibi, fəal və vətənpərvər gənc Kənan Bayramlı və Azərbaycanın səsi, eləcə də Türkvision-nun qalibi olmuş Nuray Rəhmanqızı qonaqlar üçün ifa ediblər.
Tədbirdə şəhid və qazi ailələrinə sovqatlar paylanılıb.Sonda xatirə şəkilləri çəkilib.

Keçidlər