Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş “Gözəl diyar-Biləsuvar” adlı foto-sərgi müsabiqəsinin yekun tədbiri keçirilmişdir.

22 may 2021 | 16:00

22 May 2021-ci ildə Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 22 May-Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş “Gözəl diyar-Biləsuvar” foto-sərginin  yekun tədbiri keçirilmişdir.
Biləsuvar şəhər Uşaq İncəsənət Məktəbində keçirilən sərgidə 30-dan çox həvəskar foto ustalarının əsrələri nümayiş etdirilmişdir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətov çıxış edərək tədbir iştirakçılarını salamlamış, həvəskar foto ustalarına yaradıcılıq uğurları arzulamışdır.
Foto-sərgidə 1-ci, 2-ci, 3-cü yer və 4-cü həvəsləndirici  yerlərin qaliblərinə Biləsuvar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri verilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun 1-ci yerin qalibi Şahbazlı Gülnurun  ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında  görüşü təşkil olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 4-cü həvəsləndirici  yerin sahiblərinin gənc cütlük olduğu nəzərə alınaraq onlara da hədiyyələr verilmiş və  şam süfrəsinə dəvət olunmuşlar.
Tədbir Biləsuvar şəhər Uşaq İncəsənət Məktəbi şagirdlərinin maraqlı ifaları ilə davam etdirilmişdir.
Foto-sərgi iştirakçılarda böyük maraq doğurmuşdur.

 

 

Keçidlər