Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Xırmandalı kəndinin sakinləri ilə görüşüb.

15 may 2021 | 16:00

15 may 2021-ci il tarixlərində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Xırmandalı kəndinin sakinləri ilə görüşərək onların çətinlikləri və problemlərini dinləyib.
Görüşdə kənd fermerləri Mahmudçala ərazisində yerləşən şor kollektorunun lildən təmizlənməsi, əkin sahələrinin vaxtında suvarılması, kəndin içməli su ehtiyatının tam təmin olması barədə müraciətlər etdilər. Rayon rəhbəri qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı şəxsləri dəvət edərək kənd əhalisinin birgə iştirakı ilə müzakirələr apardı, problemlərin operativ və vaxtında həll olunması üçün müvafiq tapşırıqlar verdi.
Əhali ilə görüşdən sonra F.Qürbətov Xırmandalı kənd icra nümayəndələyinin və Xırmandalı  bələdiyyəsinin inzibati binalarına baxış keçirtdi, Xırmandalı kənd 1 nömrəli tam orta və Xırmandalı kənd 2 nömrəli tam orta məktəblərinin yeni istifadəyə verilmiş inzibati binaları ilə tanış oldu.İcra başçısı kənd ərazisində yerləşən inzibati binalara və tədris müəssisələrinə baxış zamanı görülən işlər barədə müəssisə rəhbərləri ilə söhbətlər apardı, yaranan çətinliklərin və nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyyələrini verdi.

 

Keçidlər