Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid övladları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdı.

09 may 2021 | 16:00

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü və  dəstəyi ilə 9 may tarixində Biləsuvarlı Vətən müharibəsi şəhidlərinin ailələri və övladları, rayonun bir qrup gənci, ictimaiyyətin üzvləri, ictimai təşkilatların, yerli mətbuatın nümayəndələri Ümummilli lider Heydər Əliyevin anadan olmasının  98-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək, əziz xatirəsini yad etdilər.
Fəxri Xiyabanı ziyarət edən Vətən müharibəsi şəhidlərinin ailələri və övladları sonra Şəhidlər Xiyabanına gələrək burda uyuyan qəhraman vətən övladlarının məzarlarını gül dəstələri ilə bəzəyiblər.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov şəhid ailələri, övladları ilə  birlikdə  həm Fəxri Xiyabanı, həm də Şəhidlər Xiyabanını ziyarət edib.

Keçidlər