Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti müsabiqə elan edir.

19 sentyabr 2020 | 16:00

 

Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar rayonun loqosunun hazırlanması üzrə müsabiqə elan edir. Müsabiqə 3 mərhələdən ibarət olacaq və yekunda ilk üç yerin sahibləri  mükafatlandırılacaq.
Loqo eskizləri 19 sentyabr 2020-ci il tarixdən 10 oktyabr 2020-ci il tarixədək qəbul ediləcəkdir. Hazırlanan loqo eskizləri mail@bilesuvar-ih.gov.az  e-mail ünvanına “Loqo Müsabiqə” başlığı ilə göndərilməlidir.
Müsabiqənin birinci seçim mərhələsindən keçənlər ikinci mərhələdə iştirak edəcəklər.İkinci mərhələnin keçirilmə tarixi barədə əlavə məlumat veriləcəkdir.
Müsabiqə şərtləri:
Dizaynda əsasən rayonun tarixi, mədəniyyəti, sosial-iqtisadi və  kənd təsərrüfatındakı  ənənəvi sahələrinə aid elementlər əsas götürülməlidir.
Təqdim olunan loqotiplər *PNG formatında olmalıdır;
Təqdim olunan eskizlərin qısa izahedici mətni olmalıdır;
Loqo orijinal, müasir və rəngli   olmalıdır;
Loqo əvvəllər yayımlanmamış olmalı, digər loqolara və ya onların komponentlərinə uyğun gəlməməlidir.

 

Hər birinizə uğurlar arzulayırıq!!!
 

Keçidlər