Şriftin ölçüsü :

Saytın rəngi :

Əliabad kəndində 40 yerlik yeni körpələr evi-uşaq bağçası istifadəyə verilmişdir.

17 sentyabr 2020 | 16:00

Senabr ayının 16-da Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğulub boya-başa çatdığı Əliabad kəndində 40 yerlik yeni körpələr evi-uşaq bağçasının açılışı olmuşdur.
Yeni 40 yerlik körpələr evi-uşaq bağçasının açılış mərasimində Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman xanım Yüzbaşova və Heydər Əliyev Fondunun nümayəndələri, könüllülər iştirak etmişlər.
Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi kənd sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur.
Əvvəlki qəza vəziyyətində olan bağçanın yerində inşa olunmuş yeni uşaq tərbiyə müəssisəsi zəruri mebel və avadanlıqlarla təmin olunmuş, ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılmış, asfalt və beton örtüyü döşənmiş, dekorativ ağaclar əkilmişdir.
Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Fondunun nümayəndələri yeni binaya baxış keçirmiş, uşaqlar üçün yaradılmış şəraitlə tanış olmuşlar.

Keçidlər