Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar təhsilinin uğurlu nəticələri

10 sentyabr 2020 | 16:00

Azərbaycan Prezidenti  İlham Əliyevin respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən məzunlarımız buraxılış imtahanlarında yüksək nəticələr əldə edirlər. Biləsuvar rayonunun təhsil sistemində də daha bir tədris ili uğurla yekunlaşıb. Bu il abituriyentlərdən 15 nəfəri 600-dən, 39 nəfəri isə 500-dən yüksək bal toplayıblar.Ən yüksək nəticəni  isə 654 balla Biləsuvar şəhər Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksinin məzunu Abdullayev Nihat göstərib. Ümumiyyətlə Mübariz İbrahimov adına bağça-məktəb-liseyin 11 şagirdi 600-dən yuxarı bal toplayıb.
Bu ilki tədris ilində rayon üzrə 11-ci sinfi bitirən 705 məzundan 386-sı ali məktəblərə sənəd verib, 285 nəfəri qəbul üçün müsabiqə şərtlərini ödəyib. 4 nəfər XI sinif şagirdi isə Respublika Fənn Olimpiadalarının final turunda qalib gəldiyi üçün birbaşa tələbə adını qazanıb.
600-dən yuxarı bal toplayan abituriyentlərin siyahısında aşağıdakılar yer alıb:
1. Abdullayev Nihat -Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi-654 bal
2. Əskərli Tahir - Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi -645
3. Məmmədli Toğrul- Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi-621
4. Rəsulzadə Sübhan- Biləsuvar şəhər Nizami adına 1 saylı tam orta məktəb-620
5. Həsənli Aysun- Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi-619
6. Seyfullalı Zeynəb- Yuxarı Cürəli kənd tam orta məktəbi-618
7. Qurbanlı Murad- Aşağı Cürəli kənd tam orta məktəbi - 615
8. Abdullayeva Ləman - Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi-615
9. Hüseynli Əkbər- Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi -611
10. Mirzəyev Əli- Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi -611
11. Bağırlı Vəfa - Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi -610
12. Səfərova Maya - Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi-610
13. Kərimova Zəhra- Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi-609
14. Əzimov Kənan - Ağayrı kənd tam orta məktəb- 608
15. Rəhmanlı Turan - Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi-605
Biləsuvar rayon İcra Hakimiyyəti olaraq respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmaq üçün keçirilən imtahanlarda yüksək nəticələr göstərən bütün abiturientləri təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq.

Keçidlər