Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda aztəminatlı ailələrə ərzaq yardımı aksiyası davam edir

17 aprel 2020 | 16:00

Bütün dünyanı bürüyən koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sistemli tədbirlər həyata keçirilir. Ölkə rəhbəri tərəfindən həyata keçirilən tədbirlərə uyğun olaraq Biləsuvar Rayon İcra Hakimiyyətinın təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən “Aran Azərbaycan MMC” və Aran marketlər şəbəkəsinin  dəstəyi ilə aztəminatlı ailələrə köməklik göstərilməsi aksiyası davam etdirilir. Ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində rayonda yaşayan ahıl, tənha şəxslərə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanaraq, onlarla maarifləndirici söhəbətlər aparılır, xüsusi karantin rejimində müəyyən edilmiş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilir. Eyni zamanda imtiyazlı, yaşı 65-dən yuxarı olan tənha-xəstə vətəndaşlara dövlət tərəfindən pulsuz ayrılmış dərmanlar paylanılır.
Biləsuvar rayon İcra hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edilməklə yanaşı, əhali arasında maarifləndirici izahat işləri daha da genişləndirilir, yaşayış məntəqələrinin dezinfeksiyası və digər zəruri tədbirləri mütəmadi olaraq həyata keçirilir.
Rayon icra Hakimiyyəti tərəfindən bu qəbildən olan vətəndaşlar daim diqqət mərkəzində saxlanılmaqla karantin müddəti bitənədək zəruri ehtiyacları ödəniləcəkdir.

 

Keçidlər