Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri davam etdirilir və əhali arasında maarifləndirmə aparılır.

29 mart 2020 | 16:00

Koronavirus epidemiya ilə bağlı Biləsuvar rayonunda da  tibbi-proflaktik vəziyyətə nəzarət gücləndirilir və mütəmadi olaraq dezinfeksiya işləri aparılır.29 mart 2020-ci il tarixədək rayonda 286 min kv.m ərazidə dezinfeksiya işləri görülmüşdür.Bundan əlavə koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yaradılan qruplar vasitəsilə əhali arasında təbliğat işləri davam etdirilir. Əhaliyə zəruri ehtiyacları olmadığı halda küçəyə çıxmamaları tapşırılmaqla onlara xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında maarifləndirici  məlumatlar verilir, evdən çıxarkən qoruyucu maskalardan istifadə etmələri bildirilir. Vətəndaşlardan Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri və özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.Əhali ilə aparılan tədbirlər zamanı ehtiyacı olanlara qoruyucu maskalar verildi və tibbi spirt məhlulu paylanıldı.
Hazırda bu tədbirlər rayonun bütün yaşayış məntəqələrində davam etdirilir.

Keçidlər