Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar sakinləri “Əsgərə salam” aksiyasına qoşuldular

21 fevral 2020 | 16:00

18 fevral 2020-ci il tarixdən başlayaraq Biləsuvar rayonunda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin kollektivləri, gənclər, idmançılar, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyətin nümayəndələri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin start verdiyi “Əsgərə salam” aksiyasına qoşularaq Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirirlər.
Aksiyanın məqsədi könüllülüyün həm də vətənpərvərlik məktəbi, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olduğunu nəzərə alaraq, “Könüllülər ili”ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimadını və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirməkdir.
Rayon idarə, müəssisələri, məktəbliləri və idmançıların qoşulduğu aksiya soyuq səngərlərdə əldə silah düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və Vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən hərbçilərimizdə böyük ruh yüksəkliyi yaradır, cəmiyyətimizi vətənpərvərlik ideyası ətrafında daha da sıx birləşdirir.
Hamını “Əsgər salam” aksiyasına qoşulmağa çağırırıq!
Şəkillər sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom #BiləsuvarRayonIcraHakimiyyəti həştəqlərini qeyd etməklə paylaşılmışdır.

Keçidlər