Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bağbanlar kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.

25 dekabr 2019 | 16:00

25 dekabr  2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bağbanlar  kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etdi.
Bağbanlar kəndində 1053 təsərrüfatda 4692 nəfər əhali yaşayır.Kənddə   tam orta məktəb,  həkim ambulatoriyası, Mədəniyyət evi,  kitabxana, poçt şöbəsi və rabitə qovşağı  fəaliyyət göstərir.
Görüşdə Bağbanlar  kənd İcra nümayəndəsi Valeh  Əliyev  çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə məlumat verdi.
Bildirdi ki, cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə kəndin mərkəzi yolu asfaltlaşdırılmış, ərazidəki şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.
V.Əliyev   kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti  cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi.  M.Quliyev qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
M.Quliyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən  ən kiçik  problemin belə diqqətdən kənarda qalmayacağını vurğuladı.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Bağbanlar kəndinin əhalisinin problemlərini dinlədi, vətəndaşlar tərəfindən qaldırılan 6 məsələdən bir  məsələ yerindəcə həll edildi, həlli vaxt tələb edən digər məsələlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verildi.

 

Keçidlər