Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Dərvişli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.

20 dekabr 2019 | 16:00

20 dekabr  2019-cu il tarixdə    Dərvişli kəndində vətəndaşlarla keçirilən növbəti səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Dərvişli kəndi üzrə İcra nümayəndəsi Sakit Şərbətov çıxış edərək kənd haqqında məlumar vedri və bildirdi ki, Dərvişli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 375 təsərrüfatda, 1782 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə  tam orta məktəb,  kitabxana, klub, poçt şöbəsi fəaliyyət göstərir.S.Şərbətov çıxışında bu ilin iyul ayında kənddə keçirilən səyyari qəbulda qaldırılan məsələlər və onların icra vəziyyəti barədə bildirərək qeyd etdi ki, ötən qəbulda vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlər icra olunmuşdur.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi. M.Quliyev qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
M.Quliyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən  ən kiçik  problemin belə diqqətdən kənarda qalmayacağını vurğuladı.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Dərvişli kənd əhalisini narahat edən  problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

Keçidlər