Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Səmədabad kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi

04 dekabr 2019 | 16:00

04 dekabr  2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Səmədabad kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri,  aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdi.
Səmədabad və Arazbarı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 658 təsərrüfatda 3476 nəfər əhali yaşayır.Kəndin ümumi torpağ fondu  2494  hektardır.
Nümayəndəlik ərazisində   tam orta məktəb, ümumi orta məktəb,  həkim məntəqəsi, uşaq bağçası, klub,  kitabxana, poçt şöbəsi, rabitə qovşağı, polis, yanğından mühafizə bölmələri və digər sosial obyektlər fəaliyyət göstərir.
Görüşdə Səmədabad kənd İcra nümayəndəsi İsgəndər  Rüstəmov   çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə məlumat verdi.Qeyd etdi ki, ötən qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan bütün müraciətlər aidiyyəti üzrə həll edilmişdir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
M.Quliyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən  ən kiçik  problemin belə diqqətdən kənarda qalmayacağını vurğuladı.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Səmədabad və Arazbarı kəndlərinin əhalisinin problemlərini dinlədi, vətəndaşlar tərəfindən qaldırılan 7 məsələdən bir neçə məsələ yerindəcə həll edildi, həlli vaxt tələb edən məsələlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verildi.

 

Keçidlər