Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyi qeyd olundu.

28 noyabr 2019 | 16:00

28 noyabr 2019-cu il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyi təntənə ilə qeyd olundu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə,müəssisə, təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyələr, rayon ictimaiyyətinin nümayəndələri və  respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak etdi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun  Azərbaycanın muğam və qəzəl sənətinə verdiyi əvəzsiz töhvələrdən söz açmışdır.     
Tədbirdə Azərbaycanın Əməkdar artisti Azad Şükürov Xalq Artisti Hacıbaba Hüseynov həyat və yaradıcılığı barədə geniş məlumat vermiş, Hacıbaba Hüseynovla bağlı xatirələrini bölüşərək,unudulmaz sənətkarın muğam sənətimizdə öz dəst-xətti olduğunu vurğulamışdır.
Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynov və digər xanəndələr sənətkarın oxuduğu qəzəlləri və muğamları səsləndirmişlər.

 

Keçidlər