Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Amankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.

27 noyabr 2019 | 16:00

27 noyabr  2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Amankənd  kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri kənd sakinləri iştirak etdi.
Amankənd kəndində 932  təsərrüfatda 4135 nəfər əhali yaşayır.Kənddə  tam orta məktəb,əsas məktəb,  tibb məntəqəsi, elektron ATS, kitabxana, klub, elektrik yarımstansiyası,poçt və Modul sudurulducu qurğu fəaliyyət göstərir.
Görüşdə Amankənd kənd İcra nümayəndəsi Əlövsət Hüseynov çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən, həyata keçiriləcək tədbirlərdən danışdı və mövcud problemlər barədə məlumat verdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirərək respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Amankənd  kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər