Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Sağlam Gənclik” layihəsi çərçivəsində velosiped yürüşü keçirildi.

25 oktyabr 2019 | 16:00

25 oktyabr 2019-cu il tarixdə Biləsuvar rayonunda Respublika Gənclər Fondunun dəstəyi ilə “Sağlam Gənclik” layihəsi çərçivəsində  velosiped yürüşü keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Ləman xanım Yüzbaşöva, rayon Təhsil şöbəsinin müdiri Aqşin Bağırov, rayon Gənclər və İdman idarəsinin rəisi Azad Quliyev, Respublika Gənclər Fondunun direktoru Fərid Cəfərov,  Azərbaycan Velosiped İdmanı Federasiyasının  baş katibi Fərhad Əliyev, Respublika Velosiped Olimpiya ehtiyatları məktəbinin direktoru Faiq Qurbanov, rayon  gəncləri və rayon ictimaiyyətinin nümayəndələri   iştirak etdi.
Veloyürüşün açılış mərasimində çıxış edənlər  “Sağlam Gənclik” layihəsi çərçivəsində tədbirə qatılan iştirakçıları salamlayaraq, yürüş iştirakçılarına uğurlar arzuladılar.
Müxtəlif yaş qruplarından olan 300-dən çox  velosipedçinin qatıldığı veloyürüş şəhərin girişindən start götürərək Heydər Əliyev küçəsi boyunca davam etdi.

Keçidlər