Şriftin ölçüsü :

Saytın rəngi :

28 avqust 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu və görüşü keçirildi.

28 avqust 2019 | 16:00

28 avqust 2019-cu il tarixdə   Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu və görüşü keçirildi.
Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Tədbirdə Aşağı Cürəli  kənd İcra nümayəndəsi Qalib Bağırov çıxış edərək ötən qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər barədə ətraflı məlumat verdi və bildirdi ki, vətəndaşları narahat edən problemlər həll olunmuşdur.Nümayəndəlik üzrə bir tam orta məktəb, bir əsas məktəb,  müasir tələblərə cavab verən həkim ambulatoriyası, klub, poçt, 2 kitabxana fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Aşağı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə ötən dövr ərzində kəndin mərkəzi avtomobil yolu asfaltlaşdırılmış, yeni təbii qaz xətləri çəkilmiş, Aşağı Cürəli kəndində 450 şagird yerlik, Muğan kəndində isə modul tipli  yeni məktəb binaları, tibb məntəqəsi və poçt binası inşa olunmuş, elektrik təsərrüfatı yeniləşdirilmiş, “Modul” tipli su durulducu qurğu quraşdırılmış, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir. Bundan əlavə Aşağı Cürəli kəndində yeni elektron ATS quraşdırılmışdır.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.Ötən təsərrüfat ilində kənd əhalisi tərəfindən  490 hektar pambıq əkilmiş və 1303 ton məhsul əldə olunmuşdur.2019-cu ildə mülkiyyətçilər tərəfindən 640 hektar sahədə pambıq əkilməsi üçün zavodlarla müqavilələr bağlanılmış və bol məhsul yetişdirilmişdir.Yaxın günlərdə artıq pambıq yığımına başlanacaqdır.
Q.Bağırov ölkə Prezidenti  cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd əhalisi adından ölkə başçısına öz minnətdarlığını bildirdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrasının nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir. Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulmuşdur, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün “Modul” tipli sudurulducu qurğu tikilmişdir.Yeni məktəb binası tikilmiş, səhiyyə müəssisəsi inşa olunmuşdur. Bu gün respublikamızın elə bir ərazisi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Aşağı Cürəli və Muğan  kəndlərinin əhalisini narahat edən  problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər