Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağalı kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.

07 avqust 2019 | 16:00

07 avqust  2019-cu il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Yuxarı Ağalı kəndində keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri  və kənd sakinləri iştirak edib.
Yuxarı Ağalı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 321 təsərrüfatda 940 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 350 hektardır.Yuxarı Ağalı  kəndi üzrə 1 ümumi orta məktəb,  tibb məntəqəsi, kitabxana, baytarlıq məntəqəsi və yerli ATS  fəaliyyət göstərir.
Tədbirdə Yuxarı Ağalı  kənd İcra nümayəndəsi Məhəmməd Fətəliyev  çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə məlumat verdi.Bildirdi ki, kənddə keçirilən ötən səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan 5 məsələnin hamısı həll edilmişdir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır.Görülən bütün bu işlər, həyata keçirilən sosial layihələr yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
M.Quliyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən  ən kiçik  problemin belə diqqətdən kənarda qalmayacağını vurğuladı.
Görüşdə kənd sakinləri tərəfindən  kəndin mərkəzi yolunun asfaltlaşdırılması, əkin sahəsinin suvarılma suyu ilə təminatının daha da yaxşılaşdırılması, işlə təmin olunma, yeni yaşayış massivlərinə qaz və elektrik xətlərinin çəkilməsi, elektrik dirəyinin dəyişdirilməsi, bələdiyyənin torpaq fondundan əkin üçün icarəyə verilməsi məsələləri ilə əlaqədar  müraciətlər edildi.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev və Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Dəyanət Abdullayev Yuxarı Ağalı kənd əhalisinin problemlərini dinlədilər.Vətəndaşlar tərəfindən qaldırılan bir neçə məsələ yerindəcə həll edildi, həlli vaxt tələb edən məsələlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verildi.
Sonda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxış etdi.

 

 

Keçidlər