Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Dövlət qulluqçularının peşə bayramı qeyd olundu.

21 iyun 2019 | 16:00

21 iyun 2019-cu il tarixdə Biləsuvar rayonunda Dövlət Qulluqçularının peşə bayramı günü  münasibətilə tədbir keçirildi.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, rayonun idarə və təşkilatlarında çalışan dövlət qulluqçuları, şəhər və kənd icra nümayəndələri  iştirak etdilər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək  dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara öz çətin və şərəfli  fəaliyyətlərində uğurlar arzuladı.
Bildirdi ki,hər il ölkəmizdə  yüksək səviyyədə qeyd olunan  bayramlardan biri də 23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı günüdür.Ölkəmizin İdarəetmə sistemində mühüm və aparıcı rol oynayan dövlət qulluqçuları həmişə olduğu kimi, bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. Məlum olduğu kimi, “Dövlət Qulluğu Günü” dünyada ilk dəfə Birləşmiş Millətlər Təşkilati Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən, 2003-cü ildə qeyd edilmişdir.Həmin qətnamədə BMT-nin üzvü olan ölkələrə dövlət qulluğunun ölkənin inkişafında əhəmiyyətini daha da yaxşılaşdırmaq və təbliq etmək məqsədi ilə xüsusi gün təsis etmələri tövsiyə olunmuşdur.
Məhz, BMT Baş Assambleyasının tövsiyəsi nəzərə alınaraq ölkə Prezidenti cənab İlham Əliyevin 25 may 2006-ci il tarixli Sərəncamı ilə 23 iyun tarixi Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü elan olunmuşdur.Ölkəmiz 1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra bir çox sahələrdə, o cümlədən dövlət qulluğu sahəsində islahatların aparılmasına zərurət yaranmışdır.Nəticədə 1995-ci ilin 12 noyabr tarixində Ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkə vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ və   dövlət orqanlarında qulluq etmək imkanına malik olması təsbit edilmişdir. “Dövlət qulluğu” anlayışı da Azərbaycan müstəqillik əldə etdikdən sonra, ilk dəfə Konstitusiyamızda verilmişdir.Azərbaycanda dövlət qulluğunun səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi  məqsədi ilə 2000-ci ildə “Dövlət Qulluğu haqqında” Qanun qəbul edilmişdir.Həmin vaxta qədər  dövlət qulluqçularının fəaliyyəti əmək qanunvericiliyinin normaları və digər normativ hüquqi aktlarla tənzimlənirdi.Yeni Qanunda isə dövlət qulluğu sahəsində hüquqi münasibətləri konkretləşdirən müddəalar öz əksini tapmışdır.Bu Qanunun qəbul olunması dövlət qulluğu sahəsində islahatların aparılmasında ən vacib addımlardan  biri hesab olunmaqla  yanaşı, dövlət qulluğu ilə əlaqədar vahid dövlət siyasətinin həyata keçirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.Qanunun əsas  məqsədi dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləmək olsa da, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi də dövlət qulluğunda vəzifə kimi qoyulmuşdur.Təhlil göstərir ki, son 20 ildə Azərbaycanda iqtisadi, siyasi, sosial, hüquqi sahələrdə köklü dəyişikliklər aparılmış, hakimiyyət sistemində, mülkiyyət münasibətlərində yenidənqurma prosesi getmiş, müasir dövlət qulluğu institutu formalaşmışdır.
Müasir cəmiyyətimizdə dövlət qulluğu dövlət siyasətinin, onun məqsəd və funksiyalarının reallaşmasında, dövlətçiliyimizin  möhkəmləndirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əsas mexanizm kimi çıxış edir.Dövlət qulluğu çoxtərəfi olmaqla dövlət hakimiyyətinin idarəetmə təsirini göstərən və dövlət idarəetməsinin daxili mahiyyətini açan geniş anlayışdır.Ölkə Prezidenti öz müdrik siyasəti ilə ölkəmizdə dövlət qulluğunun daim təkmilləşdirilməsi, kadr siyasətinin gücləndirilməsi, ən başlıcası dövlət qulluqçularının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atılır.Peşəkar dövlət qulluqçularının mükafatlandırılması, Fəxri adlara, orden və medallara layiq görülməsi, əmək haqqlarının ardıcıl olaraq artırılması bu siyasətini əsasını təşkil edir.
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda dövlət qulluğu işinin təkmilləşdirilməsi, bu sahədə əsl peşəkar kadrların yetişdirilməsi və tərbiyə olunması istiqamətində çox iş görülür.Son illər gənclərin dövlət qulluğuna cəlb edilməsi, bu sahədə onlara böyük etimad göstərilməsi öz səmərəsini verir.Ölkə üzrə son illər dövlət qulluğuna cəlb olunanların 80 faizini gənclərin təşkil etməsi də buna əyani misaldır.
M.Quliyev bir daha dövlət qulluqçularını təbrik edərək  dövlətə, vətənə xidmətdə hər bir dövlət qulluqçusuna ən ideal örnəyin məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyev olduğunu qeyd etdi.
Tədbirdə çıxış edənlər Dövlət qulluqçularını peşə bayramları münasibətilə tədrik etdilər.
Tədbirin sonunda bir qrup dövlət qulluqçusu Fəxri Fərmanlarla təltif olundular.

 

 

 

 

Keçidlər